Rusiya və ABŞ rəsmiləri Mayamidə görüşə bilərlər
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya və ABŞ nümayəndələri Ukrayna məsələsi ilə bağlı danışıqları həftəsonu Mayami şəhərində keçirə bilərlər.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, tərəflər Ukraynadakı müharibə ilə bağlı mövqeləri müzakirə etmək üçün qeyri-rəsmi formatda görüş keçirməyi planlaşdırır.
Qeyd olunur ki, Rusiya nümayəndə heyətinə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, eyni zamanda Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxil olacaq.
ABŞ tərəfini isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcək.
Bu mövzuda digər xəbərlər:Rusiya və ABŞ rəsmiləri həftəsonu Mayamidə Ukraynaya dair danışıqlar apara bilər
18 Dekabr 2025 00:38
Yaxın vaxtlarda Mayamidə ABŞ Rusiya danışıqları başlayacaq
31 Yanvar 2026 17:51
ABŞ və Ukrayna rəsmiləri bu həftə sonu Mayamidə görüşməyi planlaşdırırlar
29 Noyabr 2025 19:53
ABŞ Prezidentinin elçisi Mayamidə Ukrayna və Avropa rəsmiləri ilə görüşəcək
19 Dekabr 2025 23:59
Kreml Mayamidə ABŞ və Rusiya rəsmilərinin görüşünün planlaşdırıldığını təsdiqləyib
18 Dekabr 2025 15:22
Baxış sayı:134
Bu xəbər 18 Dekabr 2025 01:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















