Icma.az
close
up
RU
Rusiya və Çinlə bağlı hiyləgər plan ABŞ Putinə boşuna “sərmayə” qoymur

Rusiya və Çinlə bağlı hiyləgər plan ABŞ Putinə boşuna “sərmayə” qoymur

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinə hərbi büdcələrini 50 faiz azaltmağı təklif edib. Ağ Ev rəhbəri bununla bağlı beynəlxalq konfrans keçirməyə hazır olduğunu da bildirib. Trampın Moskva və Pekinə bir başqa təklifi isə hərbi arsenallarını azaltmaq olub.

Donald Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin onun bu təklifini bəyəniblər.

Çin və Rusiya D. Trampın təklifini həqiqətən dəstəkləyir? Trampın əsas məqsədi nədir? ABŞ özü üçün əsas rəqib kimi seçib?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Putin və Cinpin Trampın təklifini bəyəndiyinə dair açıqlama verməyiblər:

“Bu indiki şərtlər altında mümkün də deyil. Əksinə, Rusiya və Çin hərbi büdcələrini ildən-ilə artırırlar. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə hərbi xərclərini daha da artırıb, hərbi-sənaye kompleksinə yeni sifarişlər verib, Çin isə Hind və Sakit okean bölgəsində hərbi gəmilərinin sayını artırıb. Putin və Cinpin yalnız o şərtlə Trampın təklifini qəbul edə bilərlər ki, ABŞ-la yanaşı Vaşinqtonun müttəfiqləri də hərbi büdcələrini azaltsınlar. Digər tərəfdən ABŞ tərəfdaşları olan Hindistan, Avstraliya və Yaponiya ilə birgə QUAD təşkilatını gücləndirib. Bu təşkilat çərçivəsində 4 ölkə arasında hərbi əməkdaşlıq genişlənib, bölgədə birgə hərbi təlimlər keçirilir.

Pekin QUAD təşkilatını Çin üçün təhlükə kimi qiymətləndirir. Aydındır ki, Pekin Vaşinqtondan QUAD təşkilatının buraxılmasını tələb etsə, Donald Tramp Çin hakimiyyətinin bu istəyini yerinə yetirməyəcək. Misal üçün bir neçə gün əvvəl Çinin qırıcı təyyarələri Cənubi Çin dənizinin hava sahəsində Avstraliyanın təyyarəsinə yaxın məsafədə uçuşlar həyata keçirib. Avstraliyanın müdafiə naziri Riçard Marles mövcud vəziyyətdən narahatlığını bildirib. Çin Xarici İşlər Nazirliyi isə əksinə, Avstraliya təyyarəsini Çinin hava məkanına “qəsdən müdaxilə etməkdə” və milli təhlükəsizliyini “təhdiddə” ittiham edib. Belə vəziyyətdə Çinin hərbi büdcəsini azaldacağını gözləmək mümkün deyil”.

Elxan Şahinoğlu

Ekspert deyib ki, Tramp telefonla Vladimir Putin və Si Cinpinlə ayrılıqda danışsa da, Moskva və Pekinin Ağ Ev sahibinə etibarı yoxdur:

“Təsadüfi deyil ki, Rusiya Senatının üzvü, Kremlə yaxınlığı ilə bilinən Aleksey Puşkov Donald Trampın Rusiya ilə Çin arasında ittifaqı pozmağa çalışdığını bildirib. Puşkov bunu ona görə deyib ki, Tramp Rusiyanı “böyük səkkizlərin” (G8) sırasına qaytarmaq istəyir.

Tramp həqiqətən vaxtilə Rusiyanın “böyük səkkizlərdən” çıxarılmasını səhv qərar olaraq adlandırıb. Həmin qrupda Çin yoxdur. Buna görə də Puşkov hesab edir ki, Tramp Rusiyanı Çindən uzaqlaşdırmaq istəyir. Məntiq ondan ibarətdir ki, Rusiya-Çin ittifaqı həqiqətən ABŞ üçün təhlükə mənbəyidir. Vaşinqton bunlardan birini mümkün qədər öz tərəfinə çəkməyə çalışmalıdır. Donald Tramp Rusiyanı seçib. Onun rəqibi Çindir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri