Icma.az
close
up
RU
“Rusiya və İran dünyanın bütün güc mərkəzlərinə qarşı ola bilməzlər” SİYASİ ŞƏRHÇİ

“Rusiya və İran dünyanın bütün güc mərkəzlərinə qarşı ola bilməzlər” SİYASİ ŞƏRHÇİ

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

“Beynəlxalq layihələrdən kənarda buraxılan Rusiya və İran rəsmilərinin duyğularını anlaya bilirəm. Amma onlar da başa düşməlidirlər ki, həmin ölkələri bu layihələrdən uzaqlaşdıran biz olmamışıq”. 
Bu barədə Hurriyyet.az-a Rusiyanın Ermənistandakı səfirinin müşaviri Dmitri Litskayın “Cənubi Qafqazda Rusiya və İrandan yan keçən nəqliyyat layihələri mahiyyət etibarı ilə sərfəli deyil və region ölkələri arasında əməkdaşlığa xələl gətirmək məqsədi daşıyır” fikirlərini şərh edərkən siyasi şərhçi Heydər Oğuz bildirib.
“Zəngəzur dəhlizinin açılması yeri gələndə onların da ziyanına deyil. Əksinə, istər İran, istərsə də Rusiya bizdə qurulmaqda olan bu dəhlizlərin imkanlarından faydalanıb xeyir də götürə bilərlər. İnsafən, Azərbaycan həmişə bu qarşılıqlı fayda gətirən əməkdaşlıqdan yana olub və 3+3 formatını irəli sürüb. Üstəlik, Hindistan-İran-Rusiya üzərində qurulması planlaşdırılan “Ədviyyat dəhlizi” də Azərbaycandan keçə bilər. Bunun üçün isə həmin ölkələrin bizimlə dostluq münasibətləri qurmasına ehtiyac var”,-deyə siyasi şərhçi əlavə edib.
H.Oğuzun fikirncə, Rusiya və İran rəsmiləri artıq romantik ideyalardan vaz keçib, dünya reallıqları ilə razılaşmalı və məsələlərə praqmatik yanaşmalıdır: “Əks halda, bu xəyalpərəstliklərinin ən böyük zərərini özləri görəcəklər. Son zamanlar İranda islahatçı qanadın hakimiyyətə gəlməsi və öz ritorikasını dəyişməsi, Rusiyanın isə başının Ukrayna müharibəsinə qarışması və yeni alternativlər axtarışına girməsi bizim pessimist olmağımıza əsas vermir. Məncə, onlar da artıq xəyalpərəst planlar qurub özlərini oda atmaqdan peşmandırlar və regionumuzdakı mövcud reallıqlarla razılaşmağa çalışırlar”. 
Azərbaycandan keçməsi planlaşdırılan beynəlxalq layihələrin təkcə ABŞ-ın maraqlarına xidmət etmədiyini diqqətə çatdıran H. Oğuz qeyd edib ki, ABŞ qədər Çin də, Avropa İttifaqı da bu layihələrdə maraqlıdırlar: “Rusiya və İran eyni anda dünyanın bütün güc mərkəzlərinə qarşı ola bilməzlər. Ən əsası isə TRİPP adlanan Zəngəzur yolunun Azərbaycana az dəxli var. Bu yolun istismarı Ermənistan tərəfindən ABŞ-a verilib. Ərazi isə Ermənistanındır. Yəqin ki, bir müddətdən sonra ABŞ orda işləri tamamlayacaq və öz hərbi qüvvələrini bu yolun mühafizəsinə yönəldəcək. İran və Rusiyanın buna etirazı varsa, buyurub Ermənistan ərazisinə hərbi müdaxilə edib ordakı Amerika qüvvələri ilə çarpışa bilər. Biz təbii ki, bunu arzulamırıq. Amma onu da inkar etmirik ki, Ermənistan ərazisində İranla Amerika və ya Rusiya ilə Amerika hərbi qüvvələrinin çarpışmasını böyük maraqla seyr etməyə də hazırıq. Hər halda, bu qarşıdurma hansısa futbol komandalarının matçlarını izləməkdən daha adrenalinli tamaşa olar”.
CAVİD

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Dekabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri