Siyasi şərhçi: Suriyada baş verənlərə görə İran və Rusiya məsuliyyət daşıyır
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
"Türkiyənin Suriyada nailiyyətləri, terror təşkilatı PKK-nı silahı buraxmağa məcbur etməsi və nəhayət Avropanın ona ehtiyacı olduğunu bəyan etməsi İran və Rusiyanı ciddi narahat edib".
Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, Suriyanın Qərbində baş verən olaylarda min nəfərə qədər insanın ölümün də məhz İran və Rusiya məsuliyyət daşıyır:

"Türkiyənin güclənməsi və terroru bitirməsi ərəfəsində Moskvada saxlanılan Bəşər Əsəd yenidən istifadə olunmağa başlanılıb. Lazkiyada baş verən silahlı toqquşmalarda əsasən məzhəb kartından istifadə olunur. Bəşər Əsədə "sadiq" qüvvələrin şiə məzhəbçiliyi üzərindən bölgəni Türkiyənin nəzarətindən çıxararaq İran və Rusiyanın təsirinə salmaq cəhdləri var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 10 Mart 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















