Rusiya və İran hərbi sahədə saziş imzalayacaq
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edəcək.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında deyib.
“İran və Rusiya arasında əməkdaşlıq sazişinin müxtəlif aspektləri var. Onun mühüm hissəsini iqtisadi-kommersiya sahələri və enerji, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq təşkil edir”, – sözçü qeyd edib.
Onun sözlərinə görə, bu sazış iki ölkə tərəfindən yayın əvvəlindən təsdiq edilib: “İran və Rusiya 20-30 il ərzində əməkdaşlığı genişləndiriblər. Təbiidir ki, biz əvvəlki sənədi zamanın tələblərinə və münasibətlərin miqyasına uyğun yeniləməliydik”.
Bundan əvvəl İranın Rusiadakı səfiri Kazım Cəlali bildirib ki, Rusiya-İran sazişi 17 yanvar 2025-ci ildə Moskvada imzalanacaq. Prezident Pezeşkian Moskvaya səfər edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 06 Yanvar 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















