Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya və Monqolustanın sərhədyanı rayonlarında taunun təbii ocağı qalmaqdadır, onun yerləşdiyi rayonlarda epidemioloji vəziyyət sabitdir.
Bu barədə "Rospotrebnadzor"un mətbuat xidmətindən bildirilib.
Təbii ocaq iki ölkənin ərazisində yerləşir və təxminən 29 min kv. km sahəni tutur, bununla belə, onun ərazisinin təqribən 60 %-i Monqolustanın payına düşür.
Rusiya və Monqolustan hər il təbii ocağın aktivliyinin monitorinqi üçün ərazidə birgə epizootoloji müayinələr aparır. İş zamanı, xüsusən də "Rospotrebnadzor"un səyyar epidemiyaya qarşı laboratoriyasından istifadə edilir.
Qurumdan qeyd edilib ki, birgə monitorinq sərhədyanı rayonlarda epidemioloji vəziyyətə nəzarət etməyə və təbii ocağın aktivliyindəki dəyişiklikləri vaxtında aşkarlamağa imkan verir. /"Report"
Baxış sayı:184
Bu xəbər 04 Sentyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















