Icma.az
close
up
RU
“Rusiya və Türkiyə kanallarının izləyiciləri yerli kanalların izləyicilərindən daha azdır ARAŞDIRMA

“Rusiya və Türkiyə kanallarının izləyiciləri yerli kanalların izləyicilərindən daha azdır ARAŞDIRMA

Shownews saytından alınan məlumata görə, Icma.az bildirir.

"Araşdırmalar sübut edir ki, Rusiya və Türkiyə kanallarının izləyiciləri yerli kanalların izləyicilərindən daha azdır".

Bu sözləri Oxu.Az-a müsahibəsi zamanı tanınmış reklam mütəxəssisi Rolan Mammadlinski deyib.

Rolan Mammadlinski 2002-ci ildən reklam sahəsində fəaliyyət göstərir. 2008-ci ildən isə öz şirkətini - "Media Event" Reklam Agentliyini qurub və bu günə qədər də uğurlu fəaliyyət göstərir.

- Rolan bəy, təcrübənizə əsaslanaraq, hansı reklam platformalarını daha effektiv hesab edirsiniz?

- Deyə bilərəm ki, günümüzün ən effektiv reklam vasitələrinin siyahısında televiziya və radio reklamları başçılıq edir. Bunun əsas səbəblərindən biri də televiziya izləyicilərinin alıcılıq qabiliyyəti olan kütlə hesab edilməsi ilə bağlıdır. Gündüz saatlarında yayımlanan bir sıra verilişlərin əsas izləyicisi qadınlardır və alış-verişdə də əsas söz sahibi onlar sayılır. Xüsusən də evin bazarlığı, məişət əşyalarının və evdə istifadə edilən digər texnikanın alışında qərarı evin xanımı verir.

Axşam saatlarında yayımlanan xəbərlərin, iqtisadi-siyasi kontenti olan verilişlərin, futbol və digər oyun matçlarının da əsas izləyici təbəqəsi kişilər hesab edilir. Bu saatlarda da kişilərin maraq dairəsinə aid xidmət və məhsulların reklamının yerləşdirilməsi daha məqsədəuyğun hesab edilir.

- Sizcə telekanalların tamaşaçı sayı hələ də çoxdur?

- Əlbəttə, aparılan araşdırmaların və statistik məlumatların təhlili göstərir ki, əhalinin 70 faizi daimi olaraq televiziya verilişlərinin izləyicisidir. Bura yerli, Rusiya və Türkiyə kanalları daxildir. Amma araşdırmalar sübut edir ki, Rusiya və Türkiyə kanallarının izləyiciləri yerli kanalların izləyicilərindən daha azdır.

- Bəs Tv reklamlarından daha effektiv olanı hansıdır?

- Bu gün reklam bazarında bir sıra məhsul və xidmətin tanıtımı, geniş auditoriyaya çatdırılması üçün xəbər proqramlarında kommersiya xarakterli süjetlər yayımlanır. Bu, effektiv üsul hesab edilir. Çünki press-relizlər əsasən oxunmaq üçün nəzərdə tutulub. Süjet isə həm vizual görüntü, həm də dinləmə üçün nəzərdə tutulub. Bu, birbaşa təmas və görüntü olduğu üçün daha effektiv hesab edilir. Eyni zamanda, statistik və araşdırma nəticələri də bunu göstərir, xəbər buraxılışlarının izləyici kütləsinin də kifayət qədər böyük olduğunu nəzərə almaq lazımdır. Bu səbəbdən də xəbər proqramında kommersiya xarakterli süjet yayımlamaq həm daha effektivdir, həm də məlumat daha rahat şəkildə izləyiciyə ötürülür.

- Reklamlar daha çox hansı kütləyə hədəflənir?

- Reklam insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi, onun ideyasının dəstəklənməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir.

Bir xidmət və ya məhsulun reklamını təşkil edərkən əsas məqamlardan biri hədəf kütləni düzgün seçmək, mal və məhsul haqqında lazımi, düzgün informasiyanı təqdim etməkdir. Bu səbəbdən də hədəf kütləni təyin etmək üçün ilk olaraq təklif edilən məhsulu analiz etmək, hansı kateqoriya insanlara xitab etdiyini müəyyən etmək lazımdır. Bundan sonra isə televiziya və radio verilişlərinin analizini aparmaq, düzgün yaş və təbəqə kateqoriyasını müəyyən etmək lazımdır. Bu zaman müraciət edilən reklam şirkəti məhsulunuzu bazar qaydalarına uyğun şəkildə müştəriyə tanıdır, təklif edilən reklam məhsulu isə alıcıya "niyə məhz bu məhsulu almalıyam" sualına cavab tapmaqda kömək edir.

- Telekanalların izləyici ilə sosial mediaların auditoriyası arasında nə fərq var?

- Sosial şəbəkələrlə və televiziya kanallarında yayımlanan reklam çarxları arasındakı fərq əsasən izləyici kütləsi ilə bağlıdır. Məlumat bazalarının analizi sübut edir ki, sosial şəbəkələrdən əsasən gənclər və cavanlar istifadə edir ki, onların alıcılıq qabiliyyəti daha aşağıdır. Televiziya izləyiciləri isə alıcılıq qabiliyyəti yüksək hesab edilən təbəqə sayılır. Bundan əlavə, sosial şəbəkələrdə bir sıra şirkətlərin apardığı sorğu nəticələri də etibarlı sayılmır. Çünki aparılan araşdırmalar sübut edir ki, sorğu nəticələrinin geridönüşü o qədər də ürəkaçan deyil. Televiziyada yayımlanan reklam çarxında məlumat doğru və düzgün çatdırılırsa, izləyici ilə birbaşa təmas normal seçilmiş görüntü vasitəsi ilə reallaşırsa, bu zaman geridönüş də əsasən istənilən nəticəni ortaya qoyur.

- Sizin şirkətin sərgi təşkilatçılığı və stendlərin hazırlanması ilə bağlı da geniş təcrübəsi var. Bu tip sərgilərdə iştirak niyə vacibdir?

- Sərgidə iştirak etmək də potensial müştərilərlə birbaşa ünsiyyət, tanıtım deməkdir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, bir sıra şirkətlərin reklam çarxı yayımlamaq, reklamdan istifadə etmək profilinə uyğun deyil. Bu sıraya ağır texnika, silah və müəyyən zavod avadanlıqları istehsal edən zavod və fabriklər də daxildir. Bu şirkətlər aktiv reklamdan istifadə etmirlər. Bu şirkətlər üçün sərgidə iştirak etmək, stendini qurmaq, potensial müştərisi ilə birbaşa əlaqə qurmaq, məhsulunu həm vizual təqdim etmək, həm də lazımi texniki və istifadə qaydaları, üstünlükləri, effektivliyi barədə məlumat vermək daha məqsədəuyğun sayılır. Şirkətimiz isə Azərbaycan başda olmaqla, qonşu Türkiyə, Rusiya, eyni zamanda Dubay və bir sıra Avropa ölkələrində müxtəlif dövrlərdə təşkil edilən sərgilərdə stend qurmaq üçün şirkətlərə kömək edə bilər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://shownews.az
archiveBu xəbər 26 Mart 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see314

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see218

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see184

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see135

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see131

Şərurlu İsfəndiyarın maşınlarına həbs qoyuldu, borcu var FOTO

15 Avqust 2025 21:12see127

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see126

Bakı, Qubadlı və İmişlidə ağaclar qanunsuz kəsilib

15 Avqust 2025 21:27see125

Bu küçədə aləm bir birinə dəyir: Nişan quraşdırmaq yaddan çıxıb VİDEO

15 Avqust 2025 22:16see124

Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

16 Avqust 2025 14:02see124

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see123

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see122

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see121

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see120

“Turan Tovuz” və “Neftçi” üçün də marafon başlayır!

16 Avqust 2025 17:02see119

İki strateji B 2 bombardmançı təyyarəsi Alyaskaya göndərildi KONKRET

15 Avqust 2025 21:59see119

Sabunçuda 3 otaqlı ev yandı

16 Avqust 2025 17:13see119

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

16 Avqust 2025 23:49see118

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

16 Avqust 2025 19:46see118

Kanalizasiya suları Bakının məşhur çimərliyinə axır VİDEO

16 Avqust 2025 19:36see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri