Icma.az
close
up
RU
Rusiya vətəndaşlığı proseduru sərtləşir ŞƏRH EDİLDİ

Rusiya vətəndaşlığı proseduru sərtləşir ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Bir müddət öncə Rusiya Prezidentinin 2026–2030-cu illər üçün Dövlət Miqrasiya Siyasəti Konsepsiyasını təsdiqləməsi, Rusiyanın miqrasiya siyasəti ilə bağlı mövzunu yenidən aktuallaşdırıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu sənədin hansı zərurətdən irəli gəldiyini anlamaq üçün bir neçə məqamı vurğulamaq lazımdır. Heç şübhəsiz ki, bu siyasətin təməlində Rusiyanın artıq dördüncü ildir Ukraynada apardığı müharibə dayanır. Rusiya beynəlxalq hüquqa meydan oxumaqla yanaşı, daxildə də demoqrafik və sosial-iqtisadi çətinliklərlə üzləşib. Uzun illərdir əhalisinin azalması və yaşlanması problemi var. Bu çatışmazlıq əsasən xarici miqrantların hesabına qismən kompensasiya olunurdu. Lakin hazırda davam edən müharibə şəraitində Rusiya daha çox döyüşçü və fiziki əmək qüvvəsinə ehtiyac duyur. Bu səbəbdən bəzi hallarda hətta qeyri-Rusiya vətəndaşları məcburi şəkildə döyüşlərə göndərilir. Miqrantlara qarşı sərtləşdirilən siyasətin bir səbəbi də onları Rusiya vətəndaşlığına cəlb edərək hərbi xidmətə cəlb etməkdir. Rusiya rəsmiləri bu konsepsiyanın məqsədi kimi qeyri-qanuni miqrasiyanı və miqrantların yaratdığı cinayətkarlığı azaltmaq olduğunu bildirirlər. Amma sual yaranır: bu qədər geniş yayılmış cinayətkarlığa indiyə qədər niyə göz yumulub? Bu, elə Rusiyanın hüquq-mühafizə strukturlarının fəaliyyətinə kölgə salır.

Eyni zamanda miqrantlara qarşı həyata keçirilən sərt tədbirlər zamanı biz rəsmi qurumların əməkdaşlarının da zorakı davranışlarını müşahidə edirik. Məsələn, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılıq halları və qətllər hələ də cavabsız qalıb. Bu kimi hallar Rusiya hüquq-mühafizə sisteminin selektiv yanaşmasını göstərir. Konsepsiyanın digər tərəfi isə Rusiya vətəndaşlığının əldə olunması prosesinin sərtləşdirilməsidir. Bir vaxtlar bu prosedurlar sadələşdirilmişdi – beş il fasiləsiz yaşayış və qanuni gəlir kifayət edirdi. İndi isə vizasız qalma müddəti 134 gündən 90 günə endirilib, müvəqqəti yaşamaq icazəsinin şərtləri ağırlaşdırılıb və hətta məktəbə qəbulda belə qeyri-rus uşaqlar rus dili imtahanı verməli olurlar.

Bu siyasətin ən çox zərər vurduğu təbəqə isə Mərkəzi Asiya və Qafqaz ölkələrindən olan miqrantlardır. Bura Azərbaycan vətəndaşları və soydaşlarımız da daxildir. Uzun illər bu ölkənin rifahı üçün çalışan azərbaycanlılar indi qanunsuz miqrasiya bəhanəsi ilə ölkədən çıxarılır. Hətta diaspor nümayəndələrinin belə deportasiyası halları var. Rusiya bir tərəfdən bu insanlara vətəndaşlıq və iş imkanı verib, digər tərəfdən onların var-dövlətinə əl qoymaq məqsədilə sui-istifadə hallarına yol verir. Bəzi məmurlar, hüquq-mühafizə orqanları əməkdaşları bu zəif sosial müdafiəyə malik miqrantları talamaqla özlərini zənginləşdirirlər. Bu isə artıq beynəlxalq hüququn və sivil qonşuluq münasibətlərinin kobud şəkildə pozulması deməkdir. Əgər Rusiya öz daxili siyasətini beynəlxalq standartlara uyğun qurmaq istəyirsə, ilk növbədə miqrantlara qarşı hüquqi və humanist yanaşmanı təmin etməlidir.

Azərbaycan nümunəsi göz qabağındadır. Burada ruslar və digər etnik azlıqlar azad şəkildə yaşayır, rus məktəblərinin sayı yüksəkdir, heç bir diskriminasiya yoxdur. Kaş ki, Rusiyada da milyonlarla azərbaycanlıya qarşı ən azı bu münasibətin yarısı göstəriləydi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri