Rusiya vətəndaşlığından məhrum edilən azərbaycanlı milyonçu bloqer Subo nun hesabları donduruldu
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Federal Vergi Xidməti azərbaycanəsilli milyonçu bloqer və müğənni "Subo"nun (əsl adı Sübhan Məmmədov) bank hesablarını dondurub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, vergi orqanları hazırda Yaxın Şərqdə yaşayan inflüenserin üç bankdakı hesablarını dondurub. Digər detallar məlum deyil.
Xatırladaq ki, 2025-ci ilin fevralında Sübhan Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib və prankları (zarafatlar) səbəbindən 70 il ölkəyə girişi qadağan edilib. KİV-in məlumatına görə, bloqer sənədləri təqdim edərkən özü haqqında yalan məlumat verib. O, həmçinin sosial şəbəkələrdə polis əməkdaşlarının geyimində videolar yerləşdirib və Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarını təxribata çəkməyə çalışıb.
Qeyd edək ki, Sübhan Məmmədov Moskvada anadan olub, "Instagram" və "YouTube"da yayımladığı pranklar sayəsində internetdə məşhurlaşıb. O, həmçinin DMZ, "Sən bil" kimi bir neçə trek də buraxıb. Eyni zamanda, avtomobil mövzularına həsr olunmuş videolar yerləşdirib. O özünün sosial şəbəkə hesablarında dəbdəbəli həyat tərzini nümayiş etdirib. KİV hesab edir ki, "Subo" hazırda BƏƏ-də yaşayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 May 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















