Icma.az
close
up
RU
Rusiya Xamneinin səhhəti haqda məxfi məlumat toplayır ŞOK DETALLAR KONKRET

Rusiya Xamneinin səhhəti haqda məxfi məlumat toplayır ŞOK DETALLAR KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“Strateji tərəfdaşlıq haqqında sazişə baxmayaraq, Rusiya və İran bir-birləri haqda casus məlumatları toplayır”.

KONKRET.az Musavat.com-a istinadən xəbər verr ki, bunu “The Insider” Federal Təhlükəsizlik Xidmətinin məxfi sənədlərinə istinadən məlumat yayıb.  Bildirilir ki, Moskva və Tehran üzdə əməkdaşlıq nümayiş etdirsələr də, əslində bir-birlərinə inanmırlar, bu səbəbdən də  kəşfiyyat fəaliyyətini aktiv şəkildə davam etdirirlər.

Moskvadakı səfirliyin diplomatik pərdəsi altında fəaliyyət göstərən İran kəşfiyyatı xüsusilə Rusiyanın hərbi və kosmik texnologiyaları ilə maraqlanır. Əməliyyatlar diplomatik nümayəndə heyətləri çərçivəsində həyata keçirilir – İran nümayəndələri mütəmadi olaraq Rusiyanın elmi-tədqiqat institutlarına və müdafiə sənayesi müəssisələrinə baş çəkirlər. Belə səfərlər zamanı rusiyalı mütəxəssisləri məxfi əməkdaşlığa cəlb etmək cəhdləri də olur. Xüsusilə, söhbət aerokosmik, elektron və nüvə sferasında məxfi məlumatlara çıxışı olanlardan gedir. Onları pul, qrantlar, xarici müqavilələr vədləri ilə şirnikləndirirlər.

Bundan başqa, İran Rusiyanın müsəlman icmasında ideoloji iş aparır, İslamın şiə istiqamətini təbliğ edir və öz təsir mərkəzlərini formalaşdırır. Bu, Rusiya xüsusi xidmət orqanlarını daha ciddi narahat edir. “The İnsider” FTX-nın 2024-cü il üçün sənədlərinə əsasən bildirir ki, Rusiya da İranın İnformasiya Nazirliyi və digər informasiya orqanlarında agent şəbəkəsi yaratmağa cəhd edir. İranın daxili siyasəti, o cümlədən Ayətullah Xameneinin səhhəti və onun yerinə mümkün namizədlər barədə məlumatların toplanmasına xüsusi diqqət yetirilir.

Moskva İran tərəfinin Rusiya texnologiyalarına, xüsusən də hərbi və nüvə sferasına çıxış əldə etmək, eləcə də  dövlət sirlərinə çıxışı olan mütəxəssisləri şirnikləndirmək cəhdlərini diqqətlə izləyir. İdeoloji təsirə də az diqqət yetirilmir: xüsusi xidmət orqanları İranın dini icmalar daxilində təsirinin güclənməsindən ehtiyat edərək Rusiyada şiə təbliğatının yayılmasına nəzarət etməyə çalışırlar.

Rusiya İranla sıx yaxınlaşmasına baxmayaraq, İsraillə, xüsusən də  Xarici Kəşfiyyat Xidməti vasitəsilə əməkdaşlığı davam etdirir. Bunu “The Insider”in hərbi əks-kəşfiyyatdakı mənbələri də təsdiqləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 İyun 2025 07:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri