Rusiya xarici sürücülük vəsiqələrindən istifadəni qadağan edib
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
Aprelin 1-dən etibarən başqa ölkələrə məxsus sürücülük vəsiqələri Rusiyada bəzi sürücülər üçün etibarsız olub.
Tribunainfo.az ArbatMedia portalına istinadla xəbər verir ki, indi yaşayış icazəsi və ya Rusiya vətəndaşlığı olan əcnəbilərdən Rusiya lisenziyası tələb olunur.
Rusiyada əcnəbi sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Yaşayış icazəsi və ya Rusiya vətəndaşlığı olan əcnəbilər bundan sonra vətənlərində aldıqları sürücülük vəsiqəsindən avtomobil idarə etmək üçün istifadə edə bilməyəcəklər.
“Yol hərəkəti təhlükəsizliyi haqqında” qanuna əsasən, tələb 2024-cü il aprelin 1-dək yaşayış icazəsi və ya Rusiya vətəndaşlığı almış şəxslərə şamil edilir. Bu tarixdən sonra xarici vəsiqələri olan sürücülər sükan arxasında əyləşərsə, bu, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək kimi qiymətləndiriləcək. Qanunu pozanları 15 min rubla qədər cərimə gözləyir.
İstisna yalnız Belarus vətəndaşları və Belarus sürücülük vəsiqəsi olan ruslar üçün edilib.
Əvvəllər postsovet ölkələrin vətəndaşları Rusiyada vəsiqələrini imtahansız dəyişə bilərdilər, lakin bu güzəşt müddəti aprelin 1-də başa çatıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, 500 minə yaxın sürücü sadələşdirilmiş prosedurdan yararlana bilib.
İndi M, A və B kateqoriyalı rus sürücülük vəsiqələrini əldə etmək üçün nəzəri imtahandan, C və D kateqoriyaları üçün isə sürücülük məktəbində təlim keçməli, sonra isə nəzəriyyə və təcrübədən keçməli olacaqlar.
Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 01 Aprel 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















