Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Rusiya XİN Azərbaycan ilə müttəfiqlik bəyannaməsinin bütün potensialının açılmasına sadiqliyini təsdiqləyib

Rusiya XİN Azərbaycan ilə müttəfiqlik bəyannaməsinin bütün potensialının açılmasına sadiqliyini təsdiqləyib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Moskva, 15 oktyabr, AZƏRTAC

Moskva Rusiya ilə Azərbaycan arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin bütün potensialının açılmasına sadiqliyini bir daha təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib. “Rusiya tərəfi Rusiya ilə Azərbaycan arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin bütün potensialının açılmasına sadiqliyini bir daha təsdiqləyir”, -deyə diplomat vurğulayıb.

O xatırladıb ki, oktyabrın 13-də Bakıda Rusiya, Azərbaycan və İran arasında enerji, nəqliyyat və gömrük sahələrində əməkdaşlığa həsr olunmuş üçtərəfli görüş keçirilib. “Rusiya Federasiyası Baş nazirinin müavini cənab Overçuk orada iştirak edib”, -deyə XİN rəsmisi qeyd edib.

“Biz Azərbaycanla müxtəlif regional formatlarda - MDB, ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, Xəzər beşliyi və “3+3” regional əməkdaşlıq platformasında, o cümlədən müasir Avrasiya təhlükəsizlik arxitekturasının qurulması kontekstində sıx əməkdaşlıqda maraqlıyıq”, - deyə o bildirib.

M.Zaxarovanın sözlərinə görə, Moskva “Bakının Avrasiya İqtisadi İttifaqı ilə dialoqunun güclənməsini” qeyd edir ki, bu da Azərbaycan Baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində iştirakı ənənəsi ilə təsdiqlənir. “Sonuncu belə hadisə bu il sentyabrın 30-da Minskdə baş verib”, -deyə diplomat əlavə edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib: “Biz MDB formatında Bakı ilə qarşılıqlı fəaliyyəti müsbət qiymətləndiririk. Tərəfdaşlarımız müxtəlif sahələr üzrə əməkdaşlıqda çox fəaldırlar. Məsələn, bu il Azərbaycan MDB-nin hər üç tematik paytaxtına - gənclər, mədəniyyət və idmana ev sahibliyi edir”.

M.Zaxarova onu da xatırladıb ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək 23 idman növü üzrə 1500-dən çox idmançının iştirakı ilə Azərbaycanın yeddi şəhərində uğurla keçirilib.

O vurğulayıb: “Biz Bakının oktyabrın 10-da Düşənbədə keçirilən MDB sammitinin bir sıra yekun sənədinə qoşulmasını alqışlayırıq. Buraya dövlət başçılarının transmilli cinayətkarlıqla mübarizədə əməkdaşlıq və Çernobıl AES-də baş vermiş faciənin 40 illiyi ilə bağlı bəyanatlar da daxildir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see188

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see170

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see146

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see146

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see137

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see137

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see135

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri