Rusiya XİN: Bakı İrəvan sülh prosesinə dəstək verməyə hazırıq
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, bu istiqamətdə əsas yol xəritəsi 2020 və 2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan üçtərəfli razılaşmalarda müəyyən olunub.
"Biz hesab edirik ki, proses aşağıdakı sahələr üzrə davam etməlidir: sülh sazişinin hazırlanması, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və sonradan demarkasiyası, vətəndaş cəmiyyətləri arasında, eləcə də Ermənistan və Azərbaycan parlamentləri arasında dialoqun təşviqi. Təbii ki, Rusiya bu üçtərəfli razılaşmaların iştirakçısı kimi gələcəkdə də onların həyata keçirilməsinə öz töhfəsini verməyə hazırdır", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 11 İyul 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















