Icma.az
close
up
RU
Rusiya XİN: Ermənistanın Aİİ və Aİ də eyni vaxtda olması mümkün deyil

Rusiya XİN: Ermənistanın Aİİ və Aİ də eyni vaxtda olması mümkün deyil

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqında (Aİ) eyni vaxtda olmaq mümkün deyil, amma harada olmağın daha yaxşı olacağına qərar vermək Ermənistanın işidir. Bu barədə RİA Novosti-yə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

“Biz əminik ki, Aİİ və Avropa İttifaqı kimi eyni anda iki əks assosiasiyada olmaq mümkün deyil”, - Qaluzin bildirib.

O hesab edir ki, Aİİ bərabərhüquqlu dövlətlərin birliyidir, Aİ isə “gerçəklikdən uzaq olan Brüssel bürokratları tərəfindən qoyulmuş anti-Rusiya rəvayətlərinə tabe olan çubuq intizamının hökm sürdüyü” strukturdur.

“Harada olmağın daha yaxşı olduğuna qərar vermək rəsmi İrəvandan asılıdır. Ümid edirik ki, Aİİ üzvlüyünün bütün faydaları və Aİİ-dən ayrılmanın itkilərinin miqyası Ermənistan cəmiyyətinə izah ediləcək ki, Ermənistan cəmiyyətində reallıq haqqında obyektiv təsəvvür yaransın”, - nazir müavini qeyd edib.

O əlavə edib ki, Ermənistan öz inkişaf vektorunu müstəqil seçən suveren dövlətdir. Eyni zamanda Qaluzin qeyd edib ki, Rusiya və Ermənistan bütün cari məsələləri səmimi şəraitdə müzakirə edirlər: “Biz Ermənistanla müttəfiq və strateji tərəfdaşıq. Ona görə də açıqlıq və etimad şəraitində gündəliyimizdəki bütün cari məsələləri müzakirə edirik”.

Martın 26-da Ermənistan parlamenti ölkənin Avropa İttifaqına daxil olmaq niyyəti ilə bağlı qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib. Daha sonra Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, İrəvan Aİİ və Aİ arasında seçim etməli olacaq, çünki “hər iki kürsüdə oturmaq mümkün olmayacaq”.

P.ƏMİRCANOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri