Rusiya XİN: Moskva London və Vaşinqtonu Kiyevə təsir göstərməyə çağırır
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Moskva London və Vaşinqtonu eskalasiyanı dayandırmaq üçün Kiyevə təsir göstərməyə çağırır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, reaksiyanın olmaması onu deməyə əsas verir ki, ən pis ssenaridə Qərb, təxribatların hazırlanmasında iştirakçı ola bilər.
Ryabkov qeyd edib ki, Rusiya Kiyevin dəmir yollarına və aerodromlara hücumundan sonra maksimum təmkin nümayiş etdirib.
Nazir müavini Ukraynanın hücumlarına necə cavab veriləcəyi ilə bağlı qərarın Rusiya Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu söyləyib.
"Rusiya bundan sonrakı eskalasiyanın qarşısını almaq üçün ABŞ və Böyük Britaniyadan Ukraynanın Rusiya Federasiyasının strateji aviasiyasına olan hücumlarına dəqiq reaksiya tələb edir.
Kiyevin hərəkətləri eskalasiyaya yönəlib, Avropa ilə birlikdə sülh nizamlanmasını pozmaq üçün hər şeyi edirlər".
Ryabkov vurğulayıb ki, Rusiya ABŞ ilə münasibətləri normallaşdırmaq üçün maksimum səy göstərir:"Dialoq qurulacaq və davam etdiriləcəkdir. Vaşinqtonla kəsişmə nöqtələri o qədər də çox deyil və onları praktik hərəkətlərə çevirmək vacibdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 04 İyun 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















