Icma.az
close
up
RU
Rusiya yanvardan 877 min hərbçi itirib, amma Putin DAYANMIR

Rusiya yanvardan 877 min hərbçi itirib, amma Putin DAYANMIR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqları zamanı güzəştə getməyə hazır deyil və müharibəni yalnız döyüş meydanında üstünlük qazanana qədər davam etdirmək niyyətindədir.

Modern.az xəbər verir ki, bunu "NBC News" ABŞ kəşfiyyat orqanlarındakı mənbələrə istinadən yazıb.

Kəşfiyyat hesabatında qeyd olunur ki, Putin 2022-ci ildə başlayan müharibədən bəri heç vaxt bu qədər sərt mövqedə olmayıb. Buna Rusiya ordusunun böyük itkiləri və dördüncü ilə qədəm qoyan müharibənin iqtisadiyyatı tənəzzül həddinə gətirməsi səbəb olub. Kreml rəhbəri indi bu itkiləri “əsassız” göstərməmək üçün daha çox ərazi ələ keçirməyə və Ukraynanı “Rusiya üçün təhlükəsiz vəziyyətə gətirməyə” çalışır.

Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp və Vladimir Putin arasında son telefon danışığı zamanı Rusiya lideri Ukraynanın Donetsk vilayətindən imtina etməsini tələb edib. Əvəzində o, Kiyevə Zaporojye və Xerson vilayətlərinin bir hissəsini “qaytarmağa hazır” olduğunu deyib. Lakin Tramp bu təklifi qəbul etməyərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra münaqişənin mövcud cəbhə xətti üzrə “dondurulmasını” təklif edib.

Bundan sonra Moskva öz mövqeyində israr edib və Tramp Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan sammiti ləğv edib. ABŞ eyni zamanda Rusiyanın iki əsas enerji şirkəti olan “Rosneft” və “Lukoil”ə qarşı sanksiyalar tətbiq edib. Putin isə bu addımı “siyasi təzyiq” adlandırıb.

"The Economist" nəşrinin hesablamalarına görə, Rusiya ordusunun hazırkı irəliləyiş tempi ilə Donbası və digər iki qismən işğal olunmuş vilayəti tam ələ keçirməsi üçün ən azı 2030-cu ilə qədər döyüşməyə davam etməsi lazım gələcək.

Jurnal qeyd edir ki, Rusiyanın may ayında başlatdığı yeni hücumdan bəri ordusu Ukrayna ərazisinin cəmi 0,4 faizini ələ keçirib, lakin bu kiçik irəliləyişin bədəli son dərəcə ağır olub. Hesablamalara görə, müharibənin əvvəlindən 2025-ci ilin yanvarınadək Rusiya ordusu 640-877 min hərbçisini itirib, onlardan 137-228 mini həlak olub. 13 oktyabr tarixinə bu rəqəmlər 60 faiz artaraq 984 min - 1,43 milyon arasında dəyişib, ölənlərin sayı isə 190-480 min arasında qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri