Icma.az
close
up
RU
Alovlu çıxışların arxasında heç bir fakt DAYANMIR

Alovlu çıxışların arxasında heç bir fakt DAYANMIR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın sonuncu həftəsinin ilk üç günündə Milli Məclisin plenar iclasları keçirilib. İclaslarda 2025-ci ilin büdcə zərfi müzakirə olunub.

Müzakirələr zamanı bəzi deputatların çıxışları narazılıq yaradıb. Deputatlardan bəzilərinin "odlu-alovlu" çıxışları parlamentin spikeri Sahibə Qafarovanı müdaxilə etməyə məcbur edib. "Sizə qulaq asdıqca, adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütünlüklə uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?",- xanım sədr vurğulayıb.

Modern.az-a danışam Milli Məclisin deputatı Azər Badamov bildirib ki, bəzi deputatlar rayonları, sanki, problemlər içərisindəymiş kimi təqdim etməyə çalışıblar:

“Milli Məclisdə üç gün çox səmərəli büdcə müzakirələri aparılaraq 2025-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul olundu. Bütün deputatlar üçün dövlət büdcəsi zərfinə münasibət bildirilməsi üçün şərait yaradıldı. Deputatlar büdcə zərfini yüksək dəyərləndirdilər və həm də təmsil olunduqları rayonlarla bağlı məsələləri də gündəmə gətirdilər. Amma çox təəssüf ki, bəzi həmkarlar müzakirələr zamanı dövlətimizin uzun illər ərzində həyata keçirdiyi sosial infrastruktur layihələrinin icrası ilə bağlı danışmayaraq, rayonları sanki problemlər içərisindəymiş kimi təqdim etməyə çalışdılar. 

Halbuki, regionlarımızda elə bir yaşayış məntəqəsi yoxdur ki, ölkəmizdə həyata keçirilən inkişaf proqramlarından kənarda qalsın, hər hansı bir layihə icra olunmasın. Məhz dövlət başçımızın sərəncamları ilə   2004-cü ildən icra olunmağa başlanmış regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları sayəsində Azərbaycanın siması yenilənərək müasirləşmiş və insanların rahatlığı təmin olunuşdur.  Heç də sirr deyil ki, 100 milyardlarla manat investisyaların qoyulması sayəsində insanlar rahat yollarla hərəkət edir, tibb müəsisələrimiz, təhsl müəsisələrimiz, su-kanalizasiya sistemləri, qazlaşma, elektrik və rabitə şəbəkəsinin yenilənməsi, Olimpiya Kompleksləri, su anbarları, istehsal müəsisələri və sairə yenilənib. Bütün bunlar  bu gün, ancaq vətəndaşlarımızın rifahının yaxşılaşmasına xidmət edir. Bu məsələləri görməzliyə vurmaq və heç bir iş görülməyibmiş kimi görüntü yaratmaq yolverilməzdir”. 

A.Badamov bəzi həmkarlarının tribunadan istifadə edib, əsassız məişət məsələlərini gündəmə gətirərək özlərini yaxşı millət vəkili kimi təqdim etməyə çalışmasını düzgün addım hesab etmədiyini deyib:

"Xanım sədrin iclas zamanı səsləndirdiyi iradlar çox düzgündür və ölkəmizdə görülən işlərdən xalq məlumatlı olmalıdır. Bu baxımdan icra olunmuş layihələri yaddan çıxardıb kənarda qoyaraq həllini gözləyən məsələləri qabardaraq böyük problemlər kimi təqdim olunmasını düzgün hesab etmirəm. Düzdür, həllini gözləyən məsələlər də var. Həmin məsələlər də dövlət büdcəsi hesabına mərhələli şəkildə həll olunur. Bu gün qarşımızda dayanan əsas məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasıdır. Məhz bu işlərin həyata keçirlməsinə 2025-ci il də daxil olmaqla 21 milyard manat vəsait ayrılır. Əgər torpaqlarımız işğal olunmasaydı bu vəsait də regionlarımıza yönəldilmişdi və bu gün gündəmə gətirlən məsələlər də həll olunmuşdu. 

Sosial siyasət dövlətmizin əsas prioritetidir. Belə ki, son 5 ildə icra olunmuş 7 milyard manat maliyyə tutumlu və 4 milyon insana şamil olunmuş sosial paketlər sayəsində vətəndaşların rifahı kifayət qədər yaxşılaşmışdır. Təkcə son 5 ildə minimum əməlk haqqı 2,7 dəfə, minimum pensiyalar 2,5 dəfə, ÜDSY 2,7 dəfə və digər müavinətlər və təqaüdlər dəfələrlə artılıb. Gələn ilin dövlət büdcəsində də bu istiqamətdə addımların davamlı olması nəzərdə tutulur.

Bu baxımdan xalq bütün məsələlərdən məlumatlı olmalı və dövlətin onların yanında olduğunu hər zaman hiss etməlidir. Biz də depuat olaraq seçicilərimizin problemləri gündəmə gətirdiyimiz kimi seçicilərimizi görülən işlərlə yaxından tanış etməli və  dəyələndirməliyik".

Milli Məclisin deputatı Aydın Hüseynov da qeyd edib ki, qanun layihəsinin müzakirəsi zamanı fikirlər konkret olaraq buna yönəldilməlidir:

“Parlamentdə qanun layihəsi müzakirə olunur. Ona görə də fikirlər konkret olaraq qanun layihəsinə yönəlməlidir. Bundan qabaq məsələlər komitə iclaslarında çox geniş müzakirə olundu. Geniş ictimaiyyət də qanun layihələri ilə tanış idi. Bizim büdcəmizdə sosial xərclər 8,8 faiz artırsa, bu,müsbət haldır.  Dövlətin həyata keçirdiyi siyasət Azərbaycan xalqının sosial rifahının artırılmasına yönəlib”.

Deputat söyləyib ki, parlamentdə səsləndirilən hər fikrin arxasında konkret faktlar dayanmalıdır:

“Hər hansı mülahizələr əsasında fikir yürüdülməməlidir. Deputatın vəzifəsi ondan ibarətdir ki, seçici ona hər hansı fikri deyirsə, o əsaslandırılıb, tam əksini tapmalıdır. Hər hansı seçicinin müraciətini işçi qaydada həll etmək mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün deputat müraciətlərinə həssaslıqla və diqqətlə yanaşır. Yəni bu cür xırda məsələləri, əgər varsa, işçi qaydada, yaxud həmin nazirliklə həll etmək mümkündür. Həmin məsələləri parlamentə çıxardıb, ümumiləşdirib, bu boyda görülən işlərə, əldə olunan nailiyyətlərə haradasa xırda-para məsələlərlə, hansı ki, hələ bunların əsaslı olacağı da bilinmir, kölgə salmaq qətiyyən düzgün deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri