Icma.az
close
up
RU
Rusiyada 10 il pinəçilik eləyən Əməkdar artist

Rusiyada 10 il pinəçilik eləyən Əməkdar artist

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əməkdar artist, Gəncə Dövlət Milli Dram Teatrının aktyoru, tamaşaçıların daha çox “Vicdan haqqı” serialının İmranı kimi tanıdığı İlham Hüseynov:

* “Aktrisa” filminə çəkiləndə 42 yaşım vardı. Təbii ki, buna qədər də çəkilmək istəyi olub, ancaq başım teatra qarışmışdı. Bir dəfə çəkiləndən sonra isə mütəmadi çəkilmək istəyi yarandı. Düzü, həmin dövrdə buna ümid etmirdim. Düşünürdüm ki, kimdir məni kinoya çəkən?

* 2008-ci ildə Rövşəndən mənə zəng gəldi. Dedi, İlham filan ölçülərdə şəklini göndər, ola bilsin ki, biz səninlə çəkiliş meydançasında görüşdük. Mən də şəkilləri göndərdim. Üstündən bir neçə ay keçəndən sonra Rövşən Gəncəyə gəldi, biz Xan bağında oturub söhbət etdik. Məhz orada İlqar Fəhminin “Aktrisa” romanı haqqında ətraflı danışdı və əsər əsasında film çəkmək istədiyini dedi.

... “Aktrisa”nın çəkilişləri mənim üçün əzablı iş prosesi oldu. Kinoda təcrübəsiz olduğum üçün Rövşən İsaxa çox əziyyət verirdim... Tutaq ki, hansısa bir jest işlənirsə, sən hər iki planda eyni cür oynamalısan. Mən fərqli oynayırdım, Rövşən əsəbləşirdi... Bir sözlə, uyğunlaşa bilmirdim. Hətta bir dəfə belə bir hadisə olmuşdu. Çəkiliş zamanı uzaqdan eşitdim ki, Rövşən deyir, məni belə-belə olaydım, mən bunu niyə çəkdim?

...Fikrimcə, “Aktrisa”Azərbaycan səviyyəsində çox keyfiyyətli işdir.

*Mən hələ “Aktrisa” filminin sınaq çəkilişləri zamanı xəyallar qururdum ki, kinoya çəkiləcəyəm, küçəyə çıxanda hər yerdə məni tanıyacaqlar. “Vicdan haqqı”dan sonra artıq nəinki şəhərdə tanıyırdılar, feysbukda axın-axın dostluqlar gəlirdi. Bəzən aktyorlar deyir ki, məşhurluqdan bezdim. Mən elə deməzdim. Məşhurluq aktyor üçün mənəvi qidadır. Bütün bunlara görə, Rövşənə minnətdaram.

*Mən bu sənətə gələndə yaşayacağım çətinlikləri gözə almışdım. Çünki bilirdim ki, aktyorlar böyük pullar qazanmır. İstənilən halda deməzdim ki, bu gün ehtiyac içində yaşayıram. Ancaq elə bir təmtəraqlı həyatım da yoxdur.

* Hələ uşaqkən bilirdim ki, böyüyəndə aktyor olacağam. Elə həmin dövrdən yaradıcılıq həyatımı planlamışdım. Bu məqsədlərdən biri Mədəniyyət və İncəsənət İnstitutuna qəbul olmaq idisə, ikinci “Azdrama”da çalışmaq idi. İlk arzumu reallaşdırdım. Ancaq məlum məsələdir ki, İnstitutu bitirdikdən sonra Bakıda qalmaq üçün kiminsə dəstəyi lazım gəlirdi. Ona görə də təhsilimi tamamladıqdan sonra ürək ağrısı ilə Gəncəyə qayıtdım. Gəncədə təxminən üç il qalandan sonra bəzi səbəblərdən Rusiyaya getdim. Həmin vaxt elə bilirdim ki, mən yaxşı aktyor ola bilməyəcəyəm. Niyəsə özümə qarşı inamsızlıq vardı.

Rusiyada pinəçilik eləyirdim... Müəyyən dövr keçəndən sonra anladım ki, dözə bilmirəm, mütləq yaradıcılıqla məşğul olmalıyam. On il orada yaşayandan sonra dözə bilmədim, geri döndüm.

Bura qayıdandan sonra Gəncə teatrında işləməyə başladım. 2013-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının o dövrkü direktoru “Evlənmə” tamaşasında məni görüb “Azdrama”ya dəvət etdi. Hətta Gəncə Dövlət Dram Teatrında işləməyimə də icazə verdi. Beləcə beş il hər iki teatrda işlədim. İsrafil İsrafilovun yerinə Azər Paşa Nemətov gələndən sonra isə şəxsi konflikt zəmnində mənimlə bərabər bir neçə aktyoru da teatrdan uzaqlaşdırdı...

ƏMƏKDAR ARTIST İLHAM HÜSEYNOVLA GENİŞ MÜSAHİBƏ “525-Cİ QƏZET”İN SABAHKI ŞƏNBƏ SAYINDA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 25 İyul 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri