“Şəfa”dan ayrılan Elgiz Kərəmli hansı kluba üz tutur?
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Şəfa” ilə yollarını ayıran Elgiz Kərəmlinin yeni iş yeri ilə bağlı iddialar gündəmə gəlib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis elitanı tərk edən “Karvan-Yevlax”da baş məşqçi postuna gətirilə bilər.
E.Kərəmli məsələ ilə bağlı bunları deyib:
“Klublardan maraqlananlar olsa da, hələ ki, rəsmi təklif almamışam. Komandaların adını demək düzgün olmaz. Yəqin ki, iyunun 5 və ya 10-na kimi təklif göndərərlər, bəlkə də fikirlərini dəyişərlər. Bu ərəfələrdə istəmirəm adım hansısa klubla hallansın. Bəzi məsələlər var ki, həll olunmalıdır. Bundan sonra danışıqlara başlayacam”.
Qeyd edək ki, başa çatan mövsümdə Elgiz Kərəmlinin “sükanı arxasında” olduğu “Şəfa” Premyer Liqaya yüksəldib. Buna baxmayaraq, tərəflər mövsümün sonunda əməkdaşlığa son qoyublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 03 İyun 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















