Rusiyada 6,5 ballıq zəlzələ oldu
Icma.az bildirir, Milli.az portalına istinadən.
Axşam saatlarında İrkutskda (Rusiya) zəlzələ baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (RAN) Sibir Bölməsinin Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb.
Departamentin məlumatına görə, yerli vaxtla saat 20:11-də (Bakı vaxtı ilə 16:11 - red.) zəlzələ baş verib. Zəlzələnin episentri Buryatiya Respublikasının Orlik kəndi yaxınlığında yerləşib. Hiss olunan yeraltı təkanların intensivliyi 6,5 bala çatıb.
Seysmoloqlar İrkutsk və onun ətrafında da titrəmələr qeydə alıblar. Məlumatda bildirilir ki, enerji sinfi 12,7 təşkil edib, İrkutskda isə intensivlik 3 bal olub.
Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, dağıntı və tələfat yoxdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Baxış sayı:127
Bu xəbər 10 Noyabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















