Xırdalanda avtomobil açıq lyuka düşdü VİDEO YENİLƏNİB
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən, Regional Su Meliorasiya QSC Xırdalan dairəsində maşının təkərinin qapağının açıq lükə düşməsin hadisəsinə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, Qurumun Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə bildirilib ki, açıq qalan və ya qapağı olmayan lyuklarla bağlı məsələlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin diqqətində saxlanılır:
"Bu halların vaxtında aşkarlanması və aradan qaldırılması məqsədilə ərazilərdə mütəmadi baxış və monitorinqlər aparılır. Baxışlar zamanı lyukların vəziyyəti yoxlanılır, qapağı olmayan və ya zədələnmiş lyukların hansı qurumun balansına aid olduğu dəqiqləşdirilir.
Agentliyin balansında olan lyuklarla bağlı müvafiq tədbirlər görülür. Digər qurumların məsuliyyət dairəsinə aid olan hallar müəyyən edildikdə isə bu barədə aidiyyəti qurumlara məlumat verilir və məsələnin həlli üçün müvafiq tədbirlərin görülməsi istiqamətində iş aparılır. Lyuk qapaqlarının yerində olmaması oğurluq, zədələnmə və ya digər səbəblərlə əlaqədar ola bilər".
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşlardan açıq və ya qapağı olmayan lyuklarla qarşılaşdıqları zaman bu barədə aidiyyəti qurumlara məlumat vermələrini bildirib.
***10:00
Xırdalan dairəsi istiqamətində açıq qalan lyuk növbəti təhlükəli hadisəyə səbəb olub.
Avtosfer.az xəbər verir ki, avtomobilin açıq lyuka düşməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Eltac
bax.tvhttps://player.bax.tv/embed/228273.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 Oktyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















