Rusiyada ABŞ vətəndaşına qanunsuz silah daşıdığına görə 5 il həbs cəzası verilib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Soçidə ABŞ vətəndaşı yaxtasında qanunsuz olaraq odlu silah və döyüş sursatı daşımaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
APA xəbər verir ki, bu barədə “Noviy Den” Krasnodar diyarı məhkəməsinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ vətəndaşı Karolina ştatından yaxta ilə yola çıxaraq bir sıra Avropa ölkələrindən keçib və 2025-ci ilin iyun ayında Soçi limanına daxil olub. Sərhəd nəzarətindən keçərkən o, yaxtada odlu silah olduğunu gizlədib.
Aparılan yoxlama zamanı yaxtada odlu silah və döyüş sursatı aşkar edilərək müsadirə olunub.
Soçi Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə ABŞ vətəndaşı odlu silahın və sursatın qanunsuz daşınmasında təqsirli bilinib və ümumi rejimli cəzaçəkmə müəssisəsində 5 il müddətinə həbs cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 19 Yanvar 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















