Rusiyada avtobus dayanacağında dava Gənc eşitmə əngəlli pensiyaçını döydü (Video)
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Rusiyanın Orenburq vilayətinin Novosergiyevo qəsəbəsində baş verən insident sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, avtobusdan düşən gənclə qulağında eşitmə aparatı olan yaşlı pensiyaçı arasında naməlum səbəbdən mübahisə yaranıb. Gərginlik qısa müddət ərzində əlbəyaxa davaya çevrilib.
Hadisə zamanı ətrafda olan insanlar tərəfləri ayırmağa çalışıblar. Yayılan görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq müxtəlif reaksiyalara səbəb olub.
Bildirilib ki, insident nəticəsində xəsarət alan yaşlı kişi xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları isə baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb.
Hadisənin dəqiq səbəbləri və tərəflərin məsuliyyəti aparılan araşdırmalardan sonra məlum olacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 13 İyul 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















