Rusiyada ayıların hücumları davam edir, daha iki nəfər İrkutskda ölüb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın İrkutsk vilayətində ayılar iki kişini öldürüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, onlardan birinin meyiti Tareya çayındakı qış daxmasının yaxınlığında tapılıb.
İkinci meyitin qalıqları Kaymanovo kəndi yaxınlığındakı meşədə aşkar edilib.
İstintaq Komitəsi hadisənin təfərrüatlarını araşdırır.
Qeyd edək ki, Rusiyanın şərq və şimal regionlarında son ayıların dinc sakinlərə hücumları intensiv hal alıb. Rusiya İstintaq Komitəsi və regional qurumların məlumatına görə, 2026-cı ilin yazından oktyabr ayına qədər Rusiyada ayı hücumlarından ən azı 25 nəfər ölüb. Ayı hücumları ən çox Krasnoyarsk diyarı, İrkutksk, Tomsk vilayətləri, Buryatiya, Altay respublikaları, Kamçatka və Xabarovsk diyarları və Saxalində qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 12 Oktyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















