Icma.az
close
up
RU
Rusiyada “azad xarici işçi” işlədilməsi qadağan ediləcək

Rusiyada “azad xarici işçi” işlədilməsi qadağan ediləcək

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2027-ci ildən etibarən Rusiya Federasiyasında, Moskva şəhəri və Moskva vilayəti istisna olmaqla, digər bütün bölgələrdə xarici işçilərin işlədilməsi qaydaları köklü şəkildə dəyişəcək. 

"Cebheinfo.az" xəbər verir ki, "Vedemosti" qəzetinin yaydığı qanun layihəsinə əsasən, işəgötürənlər artıq xarici vətəndaşları sərbəst şəkildə işə götürə bilməyəcəklər. Yalnız Daxili İşlər Nazirliyinin nəzarətində olan təşkilatlanmış işçi gətirmə sistemi vasitəsilə xaricilər işlə təmin oluna biləcək.

Yeni sistemin sınaq mərhələsi 2027–2029-cu illəri əhatə edəcək. Bu müddət ərzində xarici işçilər və işəgötürənlər üçün ayrı-ayrılıqda iki rəqəmsal qeydiyyat sistemi yaradılacaq.

Yeni qaydalara əsasən, hər bir xarici vətəndaş “Rusiya Xarici İşçilər Reyestri”nə daxil ediləcək, işəgötürənlər isə ayrıca siyahıya salınacaq. Bu qeydiyyat yalnız bir il qüvvədə olacaq.

Viza ilə gələnlər vizanın müddəti qədər, digərləri isə yalnız qeydiyyatda göstərilən bir il ərzində ölkədə qala biləcəklər.
Hər bölgə üzrə xarici işçi kvotasını hər il Rusiya hökuməti müəyyən edəcək. Təşkilatlanmış sistemdən kənar işlə təminat tamamilə qadağan ediləcək.

Əgər xarici işçi başqa bölgədə, fərqli iş yerində və ya qeydiyyatda göstərilməyən peşədə çalışarsa, reyestrdən çıxarılacaq. İşəgötürən üç iş günü ərzində işçiyə çata bilməzsə, bu da eyni nəticəyə səbəb olacaq.

Reyestrdən çıxarılan xarici vətəndaş yenidən müraciət edə bilmək üçün azı bir il gözləməli olacaq. Həmçinin bu şəxslər nəzarət altında olan xaricilər siyahısına salınacaq və oradan çıxmaq üçün əsaslı səbəb təqdim etməli olacaqlar.

Təşkilatlanmış işçi cəlbetmə sistemi ödənişli olacaq. Xarici vətəndaşın səfər məqsədini “iş” olaraq dəyişməsi 30 min rubl, “Xarici İşçilər Reyestri”nə daxil edilməsi isə 1 min rubl təşkil edəcək.

İşəgötürənin qeydiyyatı şirkətlər üçün 15 min rubl, fiziki şəxslər üçün isə 1 min rubl olacaq. Şəxsiyyət vəsiqəsi üçün 5 min rubl ödəniləcək. Əgər xarici vətəndaş fiziki şəxs yanında çalışarkən bölgə dəyişərsə, bu 10 min rubl xərclə başa gələcək.

Hər bir xarici işçi üçün aylıq sabit gəlir vergisi tutulacaq. Bu məbləğ əsas olaraq ayda 1200 rubl olacaq və bölgələr üzrə əmsallarla artırıla bilər.

Əgər işçi ailəsi ilə yaşayırsa, hər bir asılı şəxs üçün bu məbləğin yarısı əlavə olunacaq. Vergi ödənilməzsə, həmin şəxsin Rusiyada qalma müddəti avtomatik olaraq azaldılacaq. Şirkətlər öz işçiləri üçün vergini ödəyəcək, fiziki şəxslərin yanında çalışanlar isə vergini özləri ödəməli olacaqlar.

Daxili İşlər Nazirliyi bu sistemdən illik təxminən 22 milyard rubl gəlir gözləyir. Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Hazırda xarici işçi işlədən işəgötürənlərə 180 günlük keçid müddəti veriləcək. Bu müddət ərzində qeydiyyatdan keçməyən şirkətlər iki il müddətinə xarici işçi işlətmək hüququnu itirəcək, qeydiyyatsız qalan işçilər isə ölkəni tərk etməli olacaqlar.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri