Icma.az
close
up
RU
Rusiyada Azərbaycan vətəndaşı zorla müharibəyə aparılıb, əsir düşüb Fotolar

Rusiyada Azərbaycan vətəndaşı zorla müharibəyə aparılıb, əsir düşüb Fotolar

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Bakı şəhər sakini Hüseynova Sevinc Ramiz qızı bildirir ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşamış Azərbaycan Respublikasının vətəndaşı olan övladı – Əzimov Ağamir Rauf oğlu qanunsuz olaraq müharibəyə aparılıb.
O bu barədə Yeniavaz.com-a müraciətində deyib.
S. Hüseynova iddia edir ki, A. Əzimovun iki azyaşlı övladı var və o, saxlanıladək ailəsi ilə birlikdə Moskvada yaşayıb.
“Həmin şəhərdə olduğu müddətdə oğlumla mütəmadi olaraq əlaqə saxlayır, məlumat ala bilirdim. Sonuncu dəfə 20 may 2024-cü ildə oğlum mənimlə telefonla əlaqə saxlayan zamanı bildirdi ki, Rusiya Federasiyası ərazisində yaşamasının qanuni əsaslarının yoxlanılması səbəbi ilə qanunsuz olaraq saxlanılaraq miqrasiya idarəsinə aparılıb, orada psixi və fiziki zorakılığa məruz qalıb. Ona bildirilib ki, məcburi qaydada Ukrayna Respublikası ərazisində həyata keçirilən xüsusi hərbi əməliyyatlarda iştirak üçün aparılacaq. Ötən il aprelin 21-də əvvəlcə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin tabeliyində olan hərbi xidmətə qəbul üçün vahid mərkəzdə iradəsinə zidd olaraq müqavilə bağlamağa məcbur edilib, daha sonra isə məcburi qaydada hərbi əməliyyatlarda iştirak üçün göndərilib”, - S. Hüseynova bildirib.

“Oğlum Ağamir Əzimovun vəziyyəti, olduğu yer haqqında araşdırmalarım zamanı övladım haqqında əldə etdiyim video-görüntülərdən sonra bir ana kimi yaşadıqlarım çox ağır və dözülməzdir. Həmin görüntülərdən məlum olub ki, oğlum Ukraynanın Silahlı Qüvvələri tərəfindən əsir alınıb”, - S. Hüseynova qeyd edib.

O deyir ki, oğlunun olduğu yerin müəyyən edilməsi, ölkəyə qaytarılması ilə bağlı zəruri tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsman) rəsmi qaydada müraciətlər edib:
“Rusiya Federasiyası və Ukrayna Respublikası arasında davam edən müharibə zamanı əsir düşmüş şəxslərin dəyişdirilməsi fəaliyyətini həyata keçirən Səudiyyə Ərəbistanının, Qətər dövlətinin və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliklərinə, həmçinin müharibə tərəfləri Rusiya Federasiyası və Ukrayna Respublikasının Azərbaycandakı səfirliklərinə, həmin dövlətlərin müdafiə nazirliklərinə, Rusiya Federasiyası və Ukrayna Respublikası Qırmızı Xaç cəmiyyətlərinə, hər iki dövlətin insan hüquqları üzrə müvəkkillərinə dəfələrlə rəsmi qaydada müraciətlər etmişəm. Müraciətimlə bağlı Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri tərəfindən qəbul edilmişəm, hadisə barədə ətraflı məlumatlar vermişəm”.

S. Hüseynova deyir ki, artıq 8 aya yaxın müddətdir, oğlu ilə bağlı hər hansı yeni xəbər əldə edə bilməyib.
O, həmçinin məsələnin həllini tapması üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

“Dövlətimizin aidiyyəti qurumlarından da oğlumun yerinin müəyyən edilərək, vətəndaşı olduğu ölkəyə qaytarılmasının təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin yerinə yetirilməsini, bu həssas məsələyə biganə qalmamalarını xahiş edirəm”, - S. Hüseynova bildirir.

Yeniavaz.com-un Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, Hüseynova Sevinc Ramiz qızının Ombudsmana müraciəti ilə bağlı Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkilinə sorğu göndərilib və nəticəsi barədə vətəndaşa ətraflı məlumat verilib:
“Məsələ Ombudsmanın nəzarətindədir və qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində adıçəkilən şəxsin hüquqlarının müdafiəsi istiqamətində icraat davam etdirilir”.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə ünvanladığımız müvafiq sorğu hələ ki, cavablandırılmayıb. Lakin qurumun mətbuat katibi Ayxan Hacızadə Yeniavaz.com-un sorğusundan bir müddət sonra yerli mətbuata açıqlama verərək, A. Əzimovun Ukraynada əsir düşməsi faktının araşdırıldığını deyib.
“Artıq aidiyyəti instansiyalara müraciət etmişik. Cavab aldığımız təqdirdə, məlumat verəcəyik”, - deyə A. Hacızadə bildirib.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 14 Yanvar 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri