Rusiyada azərbaycanlı ilə bağlı qərar: 5 il giriş qadağası
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada qanunsuz olaraq qalan iki Türkmənistan və bir Azərbaycan vətəndaşı Saratovdan çıxarılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin Saratov vilayəti üzrə Baş İdarəsindən bildirilib.
Belə ki, 22 yaşlı Azərbaycan vətəndaşı ötən ilin mart ayında işləmək məqsədilə Rusiyaya gedib. O, ölkədə olduğu müddətdə Saratovun Qaqarin rayonundakı bağçılıq təsərrüfatı ərazilərindən birində qeydiyyata alınıb. Lakin patentinin qüvvədə olma müddəti bitdikdən sonra həmin şəxs Rusiyanı tərk etməyib.
“Məhkəmənin qərarı ilə hər üç şəxs xarici vətəndaşların müvəqqəti saxlanılma mərkəzinə yerləşdirilib. Onlar oradan xüsusi təyinatlı şöbənin məhkəmə icraçılarının müşayiəti ilə “Domodedovo” hava limanındakı dövlət sərhədinin buraxılış məntəqəsinə aparılıblar”, – deyə məlumatda vurğulanır.
Yaxın beş il ərzində onların Rusiyaya girişi qadağan olunacaq./Oxu.az
Baxış sayı:109
Bu xəbər 10 Sentyabr 2026 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















