Icma.az
close
up
RU
Rusiyada adam oğurluğunda ittiham edilən azərbaycanlı ilə bağlı QƏRAR

Rusiyada adam oğurluğunda ittiham edilən azərbaycanlı ilə bağlı QƏRAR

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Ali Məhkəmədə adam oğurluğu və dövlət sərhədini qanunsuz olaraq keçmədə təqsirləndirilən İlqar Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Turkustan.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, İlqar Məmmədov əvvəlcədən əlbir olduğu şəxslərlə birlikdə Rusiyanın Komi Respublikasında zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) oğurlayıb və ona qarşı zor tətbiq edib.

İş materiallarına görə, hadisə 2019-cu ildə Rusiya Federasiyasının Komi Respublikasının Sıktıvkar şəhərində baş verib.

Belə ki, İlqar Məmmədov tanışının təklifi əsasında Rusiya Federasiyası vətəndaşı ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil edib. Qrupun məqsədi zərərçəkmiş S.S.-i oğurlamaq olub.

Əvvəlcədən müəyyən edilmiş rollara uyğun olaraq tanışı zərərçəkmiş şəxslə əlaqə saxlayaraq onu Sıktıvkar şəhəri, Bumajnikov küçəsi, 26 ünvanına çağırıb. S.S. həmin şəxsin dəvəti ilə qeyd edilən ünvana gəldikdən sonra İlqar Məmmədov ona yaxınlaşıb. Onlar zərərçəkmiş şəxsin əllərindən tutaraq ona zor tətbiq edib, daha sonra S.S.-i İlqar Məmmədovun idarə etdiyi “Opel Astra” markalı avtomobilə tərəf aparıblar. Zərərçəkmiş şəxsin müqavimət göstərməsi səbəbindən İlqar Məmmədov onun baş nahiyəsinə azı iki dəfə zərbə vurub. Bundan sonra zərərçəkmiş şəxs məcburi şəkildə avtomobilin arxa oturacağına mindirilib.

Maşın Sıktıvkar şəhəri ərazisindən hərəkət edərək Komi Respublikasının Kortkeros rayonunun Kortkeros kəndində yerləşən şirkətlərdən birinin ərazisinə gətirilib. Burada S.S.-in müqavimət göstərməsinin və qaçmasının qarşısını almaq məqsədilə onun yük trosu ilə avtomobilin oturacağına bağlandığı bildirilir. Daha sonra İlqar Məmmədov silah qismində istifadə etdiyi bıçağı zərərçəkmiş şəxsin boğazına tutaraq onu hədələyib və həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib.

Lakin hadisənin qarşısı polis əməkdaşlarının müdaxiləsi nəticəsində alınıb. Belə ki, saat 00:05 radələrində polis əməkdaşları hadisə yerinə gələrək zərərçəkmiş şəxsi azad ediblər.

İlqar Məmmədova qarşı irəli sürülən ittihamlardan biri də Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı olub.

Məlumata görə, Rusiya Federasiyasının Komi Respublikası üzrə müvafiq dövlət qurumu tərəfindən İlqar Məmmədovun Rusiya ərazisinə girişinə müəyyən müddətə qadağa qoyulub. O, giriş məhdudiyyətinin müddətinin başa çatmasını gözləmədən, Rusiyaya girişinə icazə verilmədiyini bildiyi halda 2018-ci ildə Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçib.

İlqar Məmmədov Azərbaycan Respublikasının Yalama və Rusiya Federasiyasının Taqirkent-Kazmalyar buraxılış məntəqələri arasından keçərək Rusiya dövlət sərhədini qanunsuz şəkildə keçib. Daha sonra Taqirkent-Kazmalyar buraxılış məntəqəsinə gəlib və sərhəd nəzarətindən keçərkən pasportunu təqdim edib. O, barəsində Rusiya ərazisinə girişin qadağan edilməsi barədə qərarın mövcud olduğunu sərhəd nəzarəti əməkdaşlarından gizlədib və bununla həmin qərarla bağlı əməkdaşları yanıldaraq Rusiya ərazisinə daxil olub.

Hadisədən bir müddət sonra İlqar Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Eyni zamanda, məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş 8 illik azadlıqdan məhrumetmə cəzasını şərti olaraq tətbiq edib və onun barəsində 2 il sınaq müddəti müəyyənləşdirib.

Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçmə ilə bağlı ittiham üzrə isə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınaraq cəza təyin edilməyib.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti təmin edilməyib. Bundan sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. /Pravda.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Avqust 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri