Icma.az
close
up
RU
Rusiyada azərbaycanlılara görə divarları yazan HƏBS OLUNDU

Rusiyada azərbaycanlılara görə divarları yazan HƏBS OLUNDU

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi sentyabrın 17-də Danil Nuriyev barəsində çıxarılan hökmü sərtləşdirib. Terrorçu və ekstremistlər siyahısına daxil edilən Nuriyev əvvəllər üç il məcburi əməyə məhkum edilmişdisə, yeni qərarla ona ümumi rejimli müəssisədə 2 il 10 ay həbs cəzası verilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, dövlət ittihamçısı Yekaterinburqun Kirov Rayon Məhkəməsinin əvvəlki hökmündən protest verib.

Xatırladaq ki, iyunun 25-də məhkəmə Nuriyevə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edib. O, ekstremist fəaliyyətə açıq çağırış, vandalizm və xuliqanlıq maddələri üzrə təqsirli bilinib.

Cəza müəyyən edilərkən onun daha əvvəl Ufada oğurluq işi üzrə aldığı hökm də nəzərə alınıb.

Yeni qərarda cinayətin milli nifrət və ya düşmənçilik motivi ilə törədilməsi ağırlaşdırıcı hal kimi çıxarılıb.

İttiham tərəfinin versiyasına görə, 1 iyul 2025-ci ildə “Telegram” kanallarından birinin sahibi Danil Nuriyevlə əlaqə saxlayaraq ona pul müqabilində Yekaterinburqdakı binaların divarlarına Azərbaycan dilində qraffiti yazmağı təklif edib.

Nuriyev təkliflə razılaşıb və ertəsi gün şəhərdə təxminən 10 belə qraffiti çəkib. İstintaqın versiyasına görə, onun tanışı isə həmin vaxt ətrafı müşahidə edib. Lakin yazılarda səhvə yol verildiyi üçün ifadənin nəzərdə tutulan mənası itib.

Polis qısa müddətdə qraffitilərin müəllifini müəyyən edib. Daha sonra Danil Nuriyev təqsirini tam etiraf edib və iş üzrə digər şəxslərlə bağlı ifadə verib.

Qraffitilər Yekaterinburqda azərbaycanlıların kütləvi şəkildə saxlanılmasından sonra çəkilib. Həmin əməliyyatlar zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər.

Martın əvvəlində saxlanılan şəxslərdən bir qismi, o cümlədən Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski 2001 və 2010-cu illərdə törədilmiş qətl və qətlə cəhd işləri üzrə uzunmüddətli həbs cəzalarına məhkum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Sentyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri