Rusiyada bir gündə 11 ayı öldürülüb
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın İrkutsk vilayətində son 24 saat ərzində insan həyatı üçün təhlükə yaradan 11 ayı öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, "TASS"ın məlumatına görə, bunu İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib. Onun sözlərinə görə, ayıların insanlara hücumları bölgədə son dövrlərdə ciddi narahatlıq yaradıb.
Qubernator qeyd edib ki, öldürülən ayıların beşi Bratsk rayonunda, ikisi Nijneudinsk, ikisi Kirensk, ikisi isə Slyudyansk rayonunda olub. Ümumilikdə, 2026-cı ilin əvvəlindən İrkutsk vilayətində 191 ayı öldürülüb.
Məlumata görə, son bir ay ərzində Sibir Federal Dairəsində ayı hücumları nəticəsində bir neçə nəfər həyatını itirib. Ölüm hallarının dördü Krasnoyarsk diyarında, üçü İrkutsk vilayətində, biri isə Altayda qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 19 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















