Rusiyada “canlı bomba” olan iki qadın belə ələ keçirildi ANBAAN VİDEO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Stavropol diyarının Pyatiqorsk şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı planlaşdırılan ikiqat terror aktının qarşısının alındığını bəyan edib.
Bizim.Media xəbər verir ki, əməliyyat zamanı Rusiya vətəndaşı olan iki qadın saxlanılıb.
Məlumata görə, Ukrayna xüsusi xidmət orqanları həmin qadınları "kamikadze" (canlı bomba) kimi istifadə etməyi planlaşdırıb.
Şübhəli şəxslər əllərində böyük dağıdıcı gücə malik, kustar üsulla hazırlanmış partlayıcı qurğular (əldəqayırma bomba) daşıyan zaman cinayət başında yaxalanıblar.
Faktla bağlı terrorizm və qanunsuz partlayıcı maddə dövriyyəsi maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 23 İyun 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















