Rusiyada evlənən daha bir azərbaycanlı məhkəməlik OLDU
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanlı miqrantın Rusiyanın Novosibirsk vilayətində nikahı etibarsız sayılıb.
Redaktor.az yerli mediaya istinadla bildirir ki, 59 yaşlı kişi Rusiyada yaşayış və işləmək icazəsi almaq üçün 55 yaşlı sibirli qadınla uydurma nikah bağlamaq qərarına gəlib. Nikah dələduzluğu Bolotninski Rayon Prokurorluğu tərəfindən miqrasiya qanunvericiliyinə əməl olunmasının auditi zamanı aşkar edilib.
“Prokurorun iddiasına görə, Rusiya Federasiyası vətəndaşı ilə Azərbaycan vətəndaşı arasında bağlanan nikah uydurma kimi tanınıb. Həmin şəxslərin ailə qurmaq niyyəti olmayıb”, - deyə nəzarət qurumu bildirib.
Məhkəmə qərarı nikah şəhadətnaməsində onun etibarsızlığı haqqında qeydin edilməsi və əcnəbinin Rusiya Federasiyasının ərazisində müvəqqəti qalma icazəsinin ləğvi üçün əsasdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 14 Noyabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















