Icma.az
close
up
RU
Rusiyada həyəcanlı bazar axşamı Ukrayna dronları 6 şəhərdə hədəflərə hücum edib

Rusiyada həyəcanlı bazar axşamı Ukrayna dronları 6 şəhərdə hədəflərə hücum edib

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Müdafiə Nazirliyi bazar günü gecə ölkənin altı regionu, eləcə də ilhaq edilmiş Krım üzərində Ukraynaya məxsus 59 pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb. Qeyd olunur ki, onların əksəriyyəti, Rostov vilayəti üzərində vurulub. Nazirlik orada bir gecədə 29 PUA-nın məhv edildiyini bildirib. Həştərxan vilayətində, Volqoqrad, Voronej, Kursk, Saratov vilayətləridə də pilotsuz təyyarələrin məhv edilməsi barədə məlumat yayıb.

Rostov vilayətinin qubernatoru vəzifəsini icra edən Yuri Slyusarın sözlərinə görə, Morozovsk-Tsimlyansk magistral yolunda PUA-nın hücumu nəticəsində avtomobil yanıb, bir nəfər ölüb.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, pilotsuz təyyarənin qalıqları yaşayış binasına və avtomobilə ziyan vurub. Onun sözlərinə görə, rayonun şimal hissəsi hücuma məruz qalıb. Axtubinski rayon administrasiyası öz “Telegram” kanalında pilotsuz təyyarələrin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilməsi barədə məlumat yayıb.

“Rosaviasiya” Volqoqrad və Saratov hava limanlarında uçuşların qəbulu və yola salınmasının müvəqqəti olaraq dayandırılacağını bildirib.

“İnterfaks” agentliyi Krasnodar diyarının operativ qərargahına istinadən bildirib ki, Kavkazski rayonunun Kavkazskaya kəndindəki neft bazasında yanan çəndən neft məhsulları axıb. Ölən və yaralananlar olmayıb. Yerli hakimiyyət orqanları çərşənbə günü Ukrayna pilotsuz təyyarələrinin bu obyektə hücumu barədə məlumat veriblər.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Mart 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri