Icma.az
close
up
RU
Rusiyada iPhone dan istifadə getdikcə çətinləşir

Rusiyada iPhone dan istifadə getdikcə çətinləşir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dünyanın ən populyar smartfonlarından biri olan iPhone-dan istifadə Rusiyada getdikcə çətinləşir, çünki ödəniş seçimləri daralır və Rusiyanın xarici rəqəmsal xidmətləri hədəf alan qaydaları istifadəçilərin gündəlik həyatına getdikcə təsir göstərir.

Rusiyada iPhone istifadəçiləri son zamanlar yalnız tətbiq yükləmə problemləri ilə deyil, həm də ödəniş, bildirişlər, yeniləmələr və hesab girişləri kimi fundamental sahələrdə yeni məhdudiyyətlərlə üzləşirlər.

ABŞ-da yerləşən “Apple” şirkəti VKontakte, Odnoklassniki, VK Video, VK Music, VK Messenger, Mail, Dzen və Skillbox da daxil olmaqla, Rusiyanın texnologiya şirkəti VK-ya məxsus çoxsaylı tətbiqləri App Store-dan silib. VK bildirib ki, şirkətə qərar barədə əvvəlcədən məlumat verilməyib və tətbiqlər artıq iPhone və iPad-lərə yüklənə və ya yenilənə bilməz.

Bəyanatda VK-nın heç bir sanksiya siyahısında olmadığı və tətbiqlərin əvvəllər quraşdırılmış cihazlarda işləməyə davam etdiyi, lakin istifadəçilərin bildiriş və yeniləmə problemləri ilə qarşılaşa biləcəyi qeyd edilib. İyunun əvvəlində “Apple” həmçinin Rusiyanın milli mesajlaşma tətbiqi MAX-ı App Store-dan silib. 

İzah edilib ki, əvvəllər cihazlarına MAX quraşdırmış istifadəçilər tətbiqdən istifadə etməyə davam edə bilərlər, lakin bildiriş almayacaqlar və silinərsə, tətbiq yenidən quraşdırıla bilməzlər.

Rusiyanın Rəqəmsal İnkişaf naziri Maksut Şadayev “Apple”-ın izahat vermədən verdiyi qərarın 20 milyondan çox iPhone və iPad istifadəçisi üçün MAX-a girişə təsir etdiyini bildirib. Rusiya Rəqəmsal İnkişaf Nazirliyi də VK tətbiqlərinin silinməsinin siyasi motivli olduğunu və ədalətsiz rəqabət yarada biləcəyini bildirib və məsələni araşdırmaq üçün Rusiya Rəqabət və Ticarət Federal Xidmətinə (FAS) müraciət edib. Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Sergey Boyarski də Apple şirkətinin qərarının siyasi xarakter daşıdığını bildirib və milyonlarla istifadəçinin rabitə, əyləncə və təhsil xidmətlərinə çıxışının məhdudlaşdırıldığını qeyd edib. FAS (İdman üzrə Federal Arbitraj Məhkəməsi) Apple şirkətini iOS cihazlarında Rusiya axtarış motorlarını hədəf alan ayrı-seçkilik şərtlərini aradan qaldırmağa və yerli proqram təminatının əvvəlcədən quraşdırılması üçün qanuni tələblərə əməl etməyə çağırıb.

M.MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see408

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see291

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see283

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see278

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see273

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see272

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see269

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see267

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see265

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see264

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see249

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see245

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see241

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see241

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see241

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see240

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see239

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see238

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri