Icma.az
close
up
RU
Həqiqət ilə dezinformasiyanı ayırmaq getdikcə çətinləşir

Həqiqət ilə dezinformasiyanı ayırmaq getdikcə çətinləşir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal dövrdə informasiya təhlükəsizliyi ön plandadır


Ekspertlər bildirir ki, süni intellekt və feyk xəbərlər informasiya təhlükəsizliyini ciddi təhdid edir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; 

Sentyabrın 30-da Bakıda İkinci Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel sessiya təşkil edilib. Sessiya "Trend" informasiya agentliyinin baş redaktoru Emin Əliyevin moderatorluğu ilə keçirilib. Rəqəmsal transformasiyanın mövcud vəziyyətdə ən prioritet məsələlərdən biri olduğunu qeyd edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov deyib: "XX əsr informasiya və eyni zamanda, dezinformasiya əsridir.


Bu, saxta məlumatların böyük bir axını ilə əlaqədardır. Bizim kimi mürəkkəb geosiyasi bölgədə də bu informasiyanın ayırd edilməsi mühüm əhəmiyyət kəsb edir". O, informasiya sahəsinin sərhədləri olmadığını deyib, buna görə də təhlükəsizliyin təmin edilməsinin zəruriliyini vurğulayıb: "Biz Medianın İnkişafı Agentliyi olaraq media savadlılığı həftələri, konfranslar, tələbələrin və gənclərin iştirak etdiyi seminarlar, “ASAN radio” ilə “Smart media” layihəsi, AzTV-də yayımlanan “Medialb” layihələri həyata keçiririk. Mediamız Özbəkistanın media subyektləri ilə çox sıx əməkdaşlıq edir. Nümunə kimi bu yaxınlarda Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Özbəkistanın Milli İnformasiya Agentliyi (UZA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasını gətirmək olar. İki ölkə arasında qarşılıqlı mediaturlar təşkil olunur. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük səylər göstərilir". Özbəkistan Jurnalistlər İttifaqının sədri vəzifəsini icra edən Xolmurod Salimov informasiya təhlükəsizliyi və media sahəsindəki çağırışlardan danışarkən müasir dövrdə bu məsələlərin strateji əhəmiyyətinin getdikcə artdığını söyləyib. "Xəbərlərin çatdırılması ilə bağlı inkişaf həm yeni imkanlar yaradıb, həm də ciddi çağırışları gündəmə gətirib". Xolmurod Salimov bildirib ki, qarşıda geniş fürsətlərlə yanaşı, ciddi təhlükələr də mövcuddur. Çünki sürətlə yayılan məlumatların həqiqətə uyğun olub-olmamasını müəyyənləşdirmək getdikcə çətinləşir. Məhz buna görə də informasiya təhlükəsizliyinin təmin edilməsi müxtəlif sahələrdə əməkdaşlıq və birgə fəaliyyət tələb edir. “Dövlət və media arasında sıx əməkdaşlıq xəbərlərin doğruluğunu təmin etmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Unutmayaq ki, süni intellekt texnologiyalarından sui-istifadə feyk xəbərlərin yayılmasına zəmin yarada bilər. Buna görə də təlimlərə, maarifləndirmə layihələrinə və peşəkar hazırlığa ehtiyac getdikcə artır. Xüsusilə vurğulamaq istəyirəm ki, ötən il Özbəkistan Jurnalistlər İttifaqı ilə Azərbaycanın Mətbuat Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Bu çərçivədə jurnalistlərin qarşılıqlı səfərləri təşkil olunub, təcrübə mübadiləsi həyata keçirilib”. 

O əlavə edib ki, əhalinin media savadlılığının artırılması da mühüm məsələdir. Çünki vətəndaşların bir xəbərin və ya məlumatın nə dərəcədə doğru olub-olmadığını ayırd edə bilməsi informasiya təhlükəsizliyinin əsas şərtlərindən biridir: 

“Əminəm ki, Azərbaycan və Özbəkistan bu istiqamətdə əməkdaşlığı davam etdirərək həm xalqlarımız, həm də bütövlükdə region üçün böyük töhfələr verəcək”. Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov məlumatların genişmiqyaslı axınının informasiya məkanını çirkləndirməsini qaçılmaz etdiyini diqqətə çatdırıb: "Bu mənada informasiya təhlükəsizliyi cəmiyyəti bundan qoruya bilər. Bunun üçün bir sıra təsirli vasitələr mövcuddur”. Qeyd edilən məsələlər üçün cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsinin və media savadlılığının artırılmasının vacib olduğunu vurğulayan F.Novruzov vurğulayıb ki, rəqəmsal bacarıqlar bir çox media qurumları və ictimai təşkilatlar tərəfindən uğurla istifadə olunur". Audiovizual Şuranın bu istiqamətdə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran Aparat rəhbəri əlavə edib: “2023-cü ildən başlayaraq Audiovizual Şura Bakı Dövlət Universitetində 20-dən çox media subyekti ilə 50-dən çox, həmçinin xarici ölkələrin media requlyatorları ilə çoxsaylı görüşlər keçirib. 2025-ci ildə biz Qara Dəniz Yayım Tənzimləyici Orqanlarının Forumunu təşkil etdik”. Özbəkistanın Milli Media Assosiasiyasının Baş direktoru Abduaziz Abutolipov bu gün təhlükəsizliyin yalnız sərhədlərin qorunması deyil, ilk növbədə, məlumatların qorunması olduğunu deyib: "İnformasiya iqtisadiyyatın, siyasətin, beynəlxalq münasibətlərin üzərində dayanan etibardır. Etibarın çökdüyü yerdə hər şey məhv olur. Buna görə informasiya təhlükəsizliyi yalnız texnologiya haqqında danışmaq deyil, mədəniyyət, dəyər və gələcək haqqında düşünməkdir".


Media eksperti Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, Özbəkistan Azərbaycan üçün qardaş dövlətdir. O vurğulayıb ki, Özbəkistan 7 müstəqil türk dövlətindən biridir:

 "Eyni zamanda TDT-nin 5 həqiqi tamhüquqlu üzvlərindəndir. Üstəlik, bizim tariximiz, keçmişimiz, ədəbiyyatımız, mədəniyyətimiz ortaqdır. Yəni özbəklər bizdən, biz də özbəklərdənik. Digər türk dövlətləri ilə bu cür münasibətlər qurmuşuq, qurmaqda maraqlıyıq. O baxımdan Azərbaycan və Özbəkistan arasında media müstəvisində iş birliyinin dərinləşdirilməsi ancaq və ancaq alqışalayiqdir. Özüm də həmin Forumda iştirak etdim, fəallıq etməyə çalışdım. Düşünürəm ki, Azərbaycan mediasının təmsilçiləri həmin Forumdan məmnun ayrıldılar. Eləcə də, qardaş Özbəkistandan gələn qonaqlarımız tədbirdən məmnun qaldılar. Beləcə qaynayıb-qarışaraq ortada olan problemləri həll edə bilərik. Bəzən Azərbaycanda oturub düşünürük ki, türk ölkələrində bizə qarşı təbliğat olmaz, əleyhimizə danışmazlar, yazmazlar və s. Özümüzü aldadıb yerimizdə otururuq. Bir də görürük ki, məhz hansısa türk respublikasında anti-Azərbaycan kampaniyalar aparılır". 


A.Həsrət əlavə edib ki, bizə qarşı kampaniyaları bizdən olduqlarını düşündüklərimiz edir: 

"Ona görə edirlər ki, biz oraları boş buraxırıq. Özbəkistanın 38 milyon əhalisi var. Əlbəttə, onların hamısı yetərincə savada, dünya görüşünə sahib deyil, siyasi prosesləri yaxşı bilmir. Milli kimliyimizlə bağlı yetərincə bilgili deyil. Belə durumda bir erməni ortalığı qarışdıra, onları yanlış yönə sürükləyə bilər. O səbəbdən media platforması da daxil olmaqla, bütün müstəvilərdə inteqrasiyanı dərinləşdirmək lazımdır. Media ilə yanaşı, QTH sahəsində də bunu etməliyik. Siyasi partiyalar arasında münasibətlər qurmalıyıq. Bunu onillərdir deyirəm. Azərbaycanın müxalifət partiyaları qardaş ölkələrin müxalifəti ilə iş birliyi qursunlar. Hakim partiyalar tez-tez bir araya gəlsinlər. Bunlar edilmir və nəticədə boşluq yaranır. Həmin boşluqdan da bizə qarşı istifadə edirlər. TDT çərçivəsində bütün sahələr üzrə inteqrasiyasını sürətləndirməliyik. Bu prosesin önündə biz azərbaycanlılar getməliyik. Çünki biz bu məsələləri daha yaxşı dərk edirik. Düzdür, müəyyən irəliləyişlər var, amma "tısbağa yerişi" ilə".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri