Rusiyada istənilən hadisənin dövlət orqanları tərəfindən törədilməsi mümkündür Fazil Mustafa
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya özünü hamıya düşmən olan bir dövlətə çevirir.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında deputat, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
O bildirib ki, bu ölkədə istənilən hadisəni dövlət orqanları tərəfindən vəzifəli olan şəxslərin törətməsi mümkündür:
“Ona görə də fikrimcə daha diqqətli davranmaq lazımdır. Rusiyada yaşayan azərbaycanlılar üçün təxribatçı çağırışlardan, Azərbaycana qarşı olan sistemli hücumlardan daha ehtiyatlı davranaraq əsas verməməyə çalışmaq lazımdır. Çünki Rusiyada biabırçı formada hücumlar edilir. Yekaterinburqda vəkilə və iş adamlarına, diaspor rəhbərinin maşınına hücum edilir. Heç təklif olunmur ki, maşından düşsün. Maşının şüşəsini qırandan sonra diaspor rəhbərini yerə yıxıb təhqir edirlər. Rusiyada bu çox acınacaqlı hərəkətdir”.
Deputat qeyd edib ki, Rusiyada yaşamaq hər hansı bir insan üçün təhlükəyə çevrilməkdədir:
"Burda daha diqqətli olunmalıdır. Prosesə Azərbaycan dövləti də, rəsmi orqanları da öz iradlarını, münasibətlərini Rusiya tərəfə sərt formada çatdırmalıdır. Bu işin axırı xoş istiqamətə getmir. Rusiya özünü hamıya düşmən olan bir dövlətə çevirir. Bu olduqca ciddi təhlükə yaradır. Bütün hallarda xoşagələn vəziyyət deyil. Hər halda biz çalışmalıyıq ki, azərbaycanlıların bu cür təhqirə məruz qalması imkan verilməsin. Buna öz dəstəyimizi əsirgəməyək".
Baxış sayı:59
Bu xəbər 02 İyul 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















