Rusiyada lətifə kimi hadisə Ayını adam bilib siqaret istədi
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın şərqində qəribə, eyni zamanda məzəli bir hadisə baş verib. Əslində sonu faciəvi də bitə bilərdi, amma xoşbəxtlikdən nə dördayaqlı nə də ikiayaqlı canlı zərər görüb.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, Zabaykalye diyarının bir sakini, ayı ilə insanı səhv salıb.
Hadisə belə olub: kişi dostları ilə meşəyə sidr qozaları yığmağa gedib. Axşama doğru xeyli yorulub, bir tərəfdən də ac, hava da dumanlı imiş. Ürəyinə siqaret çəkmək düşüb. Boylanıb dostlarını görməyib.
Bir az irəliləyəndə görüb ki, qarşıda ay işığında dumanın içində iri cüssəli bir kişi yavaş-yavaş gedir, çiynində də bel çantası. Arxadan səsləyib, eşidilməyincə özünü tez ona yetirib. Əlini kürəyinə yüngülcə toxundurub “qardaş, siqaretin olmaz?”, - deyə soruşub.
Amma hiss edib ki, kürək o kürək deyil. Bu an “qardaş” çönüb baxanda kişinin qorxudan dizinin bağı çözülüb.
Handan-hana özünə gələndə var gücü ilə qışqırıb. İş orasındadır ki, ayı da “təkər”ə düşərək nə edəcəyini, nəyə uğradığını bilməyib və nərildəyib. Bu hadisəni sonradan jurnalistlərə danışan kişinin Vladimir adlı oğlu deyib ki, atası dərhal geriyə çadıra doğru qaçıb, tüfəngini götürüb qayıdanda ayını yerində görməyib. Heyvan da qorxusundan qaçıbmış. Bel çantası deyə zənn etdiyi isə ayının donqar kürəyi imiş.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 14 Noyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















