Rusiyada metanol faciəsi: Saxta alkoqollu içkidən azı 19 nəfər öldü
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Slantsı şəhərində kustar üsulla hazırlanan saxta alkoqollu içkiyə görə azı 19 nəfər həlak olub.
Oxu.Az bu barədə Rusiya mediasına istinadla xəbər verir.
Hadisəni törədənlər müəyyən ediliblər - uşaq bağçasının 60 yaşlı tərbiyəçisi Olqa Stepanova alkoqolu 78 yaşlı Nikolay Boytsova çatdırıb, o isə zəhəri şüşələrə doldurub satıb.
Sentyabrın 25-də Nikolayın həyat yoldaşı Qalina Boytsova ərinin məhsulunu sınayarkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polis axtarış zamanı surroqat hazırlamaq üçün boş butulkalar və spirtli kanistrlər aşkar edib.
Məlumata görə, Stepanova və Boytsov 10 il ərzində samaqon hazırlayıb satıblar. İlkin ehtimala görə, metanol pis baxılan aparatdan şüşələrə düşə bilərdi.
Hadisə ilə əlaqədar "ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 26 Sentyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















