Rusiyada polisə rüşvət təklif edən azərbaycanlı 8 min manat cərimələndi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Rusiyada polisə rüşvət verməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Cavidan Həsənov hakim qarşısına çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə 2019-cu ildə Sankt-Peterburq şəhərində baş verib. Azərbaycan vətəndaşı olan Cavidan Həsənov Sankt-Peterburq şəhərinə atasının yanına gedib və orada kafedə ofisiant işləyib. Bir müddət sonra o, atasının yanından çıxaraq Rafiq adlı azərbaycanlının kafesində işləməyə başlayıb. Bir neçə gündən sonra Cavidan kafe sahibinin avtomobili ilə şəhərdə gəzərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, C.Həsənovun sənədləri saxtadır. O, Sakt-Peterburq şəhəri, Puşkin Rayon Polis İdarəsinə dəvət edilib və barəsində protokol tərtib edilib. C.Həsənov polis şöbəsinin təhqiqatçısına 15 min rubl təklif edərək sərbəst buraxılmasını istəyib. Lakin o, polisə rüşvət verə bilməyib. Nəticədə polis şöbəsində onun barəsində rüşvətvermə maddəsi ilə cinayət işi başlanıb.
C.Həsənov Azərbaycana gəlsə də, onun barəsində cinayət təqibi davam etdirilib və iş Azərbaycana göndərilib.
İşə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb və hökm elan olunub.
Məhkəmənin hökmü ilə C.Həsənov 8 min manat cərimə edilib.
Samir Əli
Baxış sayı:39
Bu xəbər 08 İyul 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















