Rusiyada qətlə yetirilən qardaşların meyiti yenidən tibbi ekspertizadan keçiriləcək
Icma.az bildirir, Lent az portalına istinadən.
"Rusiyanın qondarma ekspertiziya rəyinin həqiqəti əks etdirmədiyinə əmin olduğumuz üçün Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiziya keçiriləcək və qardaşlarımın həqiqətən nəyə görə dünyalarını dəyişdiyi məlum olacaq".
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli məlumat verib.
“Bu günlərdə Rusiyanın agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması ailəmizin ürəyinə su səpdi. Bütün soydaşlarımız üçün bu, təsəlli oldu. Azərbaycan dövlətinə həm öz adımdan, həm də Rusiyanın amansız rejimindən zərər görmüş insanlar adından təşəkkür edirəm”, - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 30 İyun 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















