Icma.az
close
up
RU
“Rusiyada şovinizm daha da artacaq” “Tatarıstan lideri risqə gedib...”

“Rusiyada şovinizm daha da artacaq” “Tatarıstan lideri risqə gedib...”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Tatarıstanın lideri Rüstəm Minnixanovun Rusiyada miqrantların sıxışdırılması əleyhinə çıxış etməsi onun Kremlin şovinist siyasətinə etirazının bir formasıdır”.

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb.

“Məsələ burasındadır ki, Kremlin siyasəti nəticəsində Rusiyada şovinist əhval-ruhiyyə artıb”, - ekspert əlavə edib.

Şahinoğlu xatırladır ki, Rusiya şəhərlərinin küçələrində miqrantları təhqir etmək adi hal alıb. Onun sözlərinə görə, rus şovinistlər təhqir etdikləri arasında fərq qoymurlar, qeyri-rusların hamısını hədəf seçirlər: “Misal üçün, Rusiya və Özbəkistan arasında münasibətlərdə problem yoxdur, iki ölkə arasında tərəfdaşlıq mövcuddur. Buna baxmayaraq, rus şovinistin taksi sürücüsü olan özbək miqrantı təhqir etməsi, onu aşağılaması, “rusların qulu” adlandırması və bunun internetdə yayımlanması Özbəkistanda geniş rezonans doğurub. Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib”.

E.Şahinoğlu hesab edir ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam etdikcə, Rusiyada şovinizm daha da artacaq. “Kreml Ukrayna ilə əməkdaşlıq edən və Ukraynanın ərazi bütövlüyünü tanıyan istənilən ölkəyə və həmin ölkənin vətəndaşına düşmən gözü ilə baxır. Bu tendensiyanı Rusiyada yaşayan qeyri-rus millətlər də hiss edirlər”, - politoloq vurğulayıb.

Tatarıstan liderinin haqlı olduğunu qeyd edən ekspert, Rusiya hakimiyyət strukturlarının miqrant ailələrini hədəf almasını, miqrantların övladlarını təhsil hüququndan məhrus etməsini şovinizmin göstəricisi hesab edir. “Minnixanov riskə gedib. Kreml onun qərarlarına hətta yumşaq formada etiraz edənləri bağışlamır. Kreml indiki şərtlər altında Rüstəm Minnixanovu daha loyal şəxslə əvəz etmək qərarı verməsə də, bu istəyini gələcəkdə reallaşdırmağa çalışacaq”, - Elxan Şahinoğlu bildirib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Sentyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri