Icma.az
close
up
RU
Rusiyada təhsil alan azərbaycanlı mədəniyyət xadimlərinin son hadisələrə REAKSİYASI

Rusiyada təhsil alan azərbaycanlı mədəniyyət xadimlərinin son hadisələrə REAKSİYASI

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən, konsertlər, festivallar, tamaşalar, sərgilər və s. Mədəniyyət Nazirliyi tərəfindən ləğv edilib. Qeyd edək ki, 2025-ci ilin sonunadək Rusiyanın dövlət və özəl müəssələri tərəfindən ölkəmizdə ümumilikdə 9 mədəni tədbirin keçirilməsi nəzərdə tutulmuşdu. 
Modern.az mövzu ilə bağlı vaxtı ilə Rusiyada incəsənət sahələrində ixtisaslaşmış mədəniyyət xadimlərimizin fikirlərini öyrənib. 

"Rusların bizim ölkədə tədbir keçirməyinin çoxdan əleyhinəyəm"

Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutundan məzun olan şair Baba Vəziroğlu qeyd edib ki, onlara imkan verdikcə, daha çox bizə diqtə etməyə çalışır, elə bilirlər ki, biz onlardan qorxuruq:
“Mən o zamandan bunu görürəm, qabaqlarından çəkildikcə, daha da quduzlaşır, hərisləşirlər, üstə çıxmaq istəyirlər. Rusların bizim ölkəyə gəlib tədbirlər keçirmələrinin çoxdan əleyhinəyəm. Flip Kirkorovun Azərbaycanda nə işi var? Bunlar təmiz erməni kökənli, bizə nifrət edən adamlardır. Onda elə Kasparovu, “Bəyin oğurlanması” filmindəki erməni aktyor Karen Avanesyanı da çağıraq. Kirkorov onların nəyindən artıqdır, bunlar bizə eyni düşmən qüvvələrdir. Mən onların incəsənətini istəmirəm”. 
“Mən Rusiyanı yox, Çexovu, Dostoyevskini, böyük rus rəssamlarını sevirəm. Amma şovinist ruhlu, özündən başqa millət, xalq tanımayan, yenidən imperiya hərisliyində olan toplumu sevmirəm və təbii ki, onların da başında Paşinyan demiş, Vladimir Vladimiriviç durur”- B.Vəziroğlu qeyd edib. 

"Rusiyaya qarşı mövqeyimizi göstərməli idik"

Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil almış azərbaycanlı kinorejissor Ayaz Salayev də Mədəniyyət Nazirliyinin addımını müsbət qiymətləndirib.
“Çox acınacaqlı vəziyyətdir. İş ondandır ki, bizə qarşı bu cür münasibət çoxdan - hələ Sovet dövrünün son illərindən başlayaraq var idi. Mən 8 il Moskvada yaşamışam, oxumuşam, belə şeyləri gözəl bilirəm. Biz bu baxımdan Rusiyaya qarşı mövqeyimizi göstərməli idik, onu da göstərdik. Təbii ki, bu addım əbədi deyil. Bunlara indiyədək nə qədər yerlərini bildirmişik, yenə də qanmırlar. Nəhayət başlarını divara vura-vura sonda bəlkə nəyisə başa düşəcəklər. Mən ümid edirəm ki, növbəti – Soveti görməyən nəsil artıq bizə "kiçik qardaş" kimi baxan Rusiyaya qarşı qətiyyətini göstərəcək”.  
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyun 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri