Icma.az
close
up
RU
Rusiyada təşviş artır Ukraynanın zərbələri davamlı olacaq + VIDEO

Rusiyada təşviş artır Ukraynanın zərbələri davamlı olacaq + VIDEO

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinin Klintsı rayonunda yerləşən 26-cı raket briqadasının mövqelərinə zərbə endirib. Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, hücumun hədəfi Rusiyanın “İskəndər” operativ-taktiki raket kompleksləri olub. Bildirilir ki, bir raket qurğusu tamamilə məhv edilib, ikisi isə ciddi zədələnib. Bu, Ukraynanın ilk dəfə Rusiyanın bu tip strateji silah sistemlərini birbaşa hədəfə alması kimi qiymətləndirilir.

Ukrayna Baş Qərargahı və Təhlükəsizlik Xidməti bildirib ki, hücum nəticəsində Rusiyanın Ukrayna şəhərlərindən birinə – ehtimal ki, Kiyevə qarşı planlaşdırdığı raket zərbəsi önlənib. Hadisə ilə bağlı yayılan görüntülərdə güclü partlayış və texnikanın məhv edilməsi əks olunur. Rusiya tərəfi isə hələlik bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.

Rusiya hərbi blogerləri ilkin şərhlərində texnikanın məhv olduğunu qəbul etsələr də, videolardakı obyektlərin məhz “İskəndər” kompleksləri olduğunu sübut edən aydın dəlillərin olmadığını qeyd ediblər.

Əgər bu məlumat təsdiqlənərsə, bu, Ukraynanın 2022-ci ildən bəri Rusiyanın yüksək dəqiqlikli raket sistemlərinə öz ərazisində endirdiyi ilk zərbə olacaq. Bu, həm hərbi, həm də psixoloji baxımdan əhəmiyyətli hadisədir.

Bundan əvvəl, 1 iyunda Ukrayna xüsusi xidmət orqanları Rusiyanın arxa cəbhəsindəki bir neçə hərbi aerodroma PUA-larla hücum təşkil etmiş, nəticədə onlarla strateji bombardmançı təyyarənin sıradan çıxdığı bildirilmişdi. Rəsmi Kiyev bu rəqəmi 41 olaraq açıqlamışdı.

Ukraynanın son həftələrdə intensivləşən hücumları Rusiyanın arxa cəbhə təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur. Dron və raket zərbələri mülki əhali arasında təşviş yaradaraq, ordu rəhbərliyinə inamsızlığı artırır. Bu hücumlar Rusiya ordusunun strateji silah ehtiyatlarını hədəfə alaraq, hücum potensialını zəiflətməyə yönəlib.

Eyni zamanda, Ukraynanın Qərb texnologiyalarından istifadəsi və informasiya üstünlüyü bu əməliyyatların daha koordinasiyalı şəkildə aparıldığını göstərir. Ukrayna ilə Qərb arasında uzaqmənzilli silahların tədarükü ilə bağlı danışıqların davam etdiyini nəzərə alsaq, bu tip hücumların gələcəkdə də davam edəcəyi ehtimalı yüksəkdir. Bu isə Rusiya üçün həm hərbi, həm də siyasi müstəvidə əlavə təzyiqlər yarada bilər.

Rasim Əliyev
AzPolitika.info


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 İyun 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri