Icma.az
close
up
RU
Rusiyada vətəndaşların kredit borcu qartopuna çevrilib

Rusiyada vətəndaşların kredit borcu qartopuna çevrilib

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Rusiyada 2023–2024-cü illərdəki kredit bumunun nəticələri borc yükünün kəskin artması ilə özünü göstərir.
Yeniavaz.com
xəbər verir ki, Milli Peşəkar Kollektorlar Agentlikləri Assosiasiyasının (NAPCA) məlumatlarına əsasən, borcalanların 20,5%-nin ikidən çox vaxtı keçmiş borcu var. Üstəlik, üç və ya daha artıq ümidsiz borcu olan şəxslərin payı son iki ildə 4,1%-dən 7%-ə yüksəlib.
Mütəxəssislər bu vəziyyəti yüksək faizli kreditlərin kütləvi verilməsi ilə izah edir. Kollektorların fikrincə, bir çox borcalanlar ilk borclarını ödəyə bilmədiklərindən ikinci və üçüncü kreditləri əvvəlkiləri bağlamaq üçün götürüblər. Nəticədə, borc yükü “qartopuna” çevrilib.
NAPCA-nın hesabatında göstərilir ki, dörd və daha çox problemli krediti olan bir borcalanın ortalama borcu 120 000 rubl (1 530 dollar), üç borcu olanlarınki isə 107 000 rubl (1 363 dollar) təşkil edir. Müqayisə üçün qeyd edək ki, yalnız bir borcu olan borcalanın orta borcu 65 700 rubl (837 dollar) olub.
2025-ci ilin birinci yarısı ərzində bir borcu olan müştərilərin sayı azalıb (85%-dən 79%-ə). Ekspertlər bildirir ki, bu tendensiya ilin sonuna qədər də davam edəcək. 2026-cı ildən isə kredit portfellərindəki borcluların yükünün azalmağa başlayacağı proqnozlaşdırılır. Bunun səbəbi isə pərakəndə kreditləşmənin soyuması, Mərkəzi Bankın makroprudensial tədbirlərinin sərtləşməsi və bankların riskli kreditlərə marağının azalmasıdır.
Kollektorların müşahidələrinə görə, borcalanın borcunu ödəməyə nə dərəcədə meyilli olması təkcə borc sayından deyil, borcun götürülmə səbəbindən də asılıdır. Məsələn, tibbi xərclər və ya uşaqların təhsili üçün kredit götürən şəxs borcunu qaytarmağa daha çox çalışır. Əks halda, sadəcə əvvəlki borcu bağlamaq üçün yeni kredit götürən şəxslər adətən borc problemini həll etməkdə passiv qalırlar.
Proqnozlara görə, 2025-ci ilin sonuna qədər iki və ya daha artıq borcu olan borcalanların kollektor portfellərindəki payı artmaqda davam edəcək. 2026-cı ildən isə kredit yükünün azalma dövrünə keçid başlaya bilər.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 İyul 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri