“Hər kəs Trampa uyğunlaşacaq”: Qrenlandiya haqqında danışan xarici politoloq
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qrenlandiya ilə bağlı proqnoz aydındır: “hər kəs ABŞ Prezidenti Donald Trampa uyğunlaşacaq. Avropalı siyasətçilərin səs-küylü açıqlamalarına baxmayaraq, onların mövqeyi Vaşinqtonun iqtisadi təzyiqi altında zəifləyəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu fikri politoloq Kiril Koktış Tsargrad.tv-yə verdiyi müsahibədə bildirib.
Ekspert qeyd edib ki, “Əgər Avropa Qrenlandiyadan imtina edərsə, bütün mənasını itirəcək. Yəni bu, fundamental və mənalı olmaqdan mənasızlığa çevriləcək”.
O əlavə edib ki, Qrenlandiya məsələsində güzəştlər təkcə nüfuzun itirilməsinə deyil, həm də Kiyevə genişmiqyaslı dəstəyin praktik olaraq məhdudlaşdırılmasına gətirib çıxara bilər.
Tramp iddia edir ki, Vaşinqton Qrenlandiyaya milli təhlükəsizlik üçün ehtiyac duyur. O iddia edir ki, ada guya “Rusiya və Çin gəmiləri ilə əhatə olunub. Ancaq NATO bunu təsdiqləməyib.
2026-cı ilin əvvəllərində media Ağ Ev rəhbərinin Xüsusi Əməliyyatlar Komandanlığına Qrenlandiyaya mümkün işğal üçün plan hazırlamağı tapşırdığı barədə məlumat yayıb.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 19 Yanvar 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















