Icma.az
close
up
RU
“Rusiyada yeni səfərbərlik dalğasının reallaşması ehtimalı getdikcə artır” Siyasi şərhçi

“Rusiyada yeni səfərbərlik dalğasının reallaşması ehtimalı getdikcə artır” Siyasi şərhçi

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada mümkün yeni səfərbərliklə bağlı yayılan iddialar fonunda yenidən böyük miqrasiya dalğasının yaranacağı ehtimal olunur. 2022-ci ildə olduğu kimi, bu prosesin əsas istiqamətlərindən birinin Cənubi Qafqaz olması gözlənilir. Azərbaycana da müəyyən sayda Rusiya vətəndaşının gəlməsi ehtimalı gündəmə gəlir.

Maraqlıdır, Rusiyada yeni səfərbərlik baş verərsə, bunun Azərbaycana ən mühüm təsiri nə ola bilər?

Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Aydın Quliyev açıqlama verib. 

Siyasi şərhçi bildirib ki, Rusiyada yeni səfərbərlik dalğasının reallaşması ehtimalı getdikcə artır:

"Bu istiqamətdə Rusiyanın müəyyən addımlar atacağı gözlənilir. Rəsmi qurumlar isə 2022-ci ildə elan olunmuş qismən səfərbərlik rejiminin davam etdirildiyini bildirir və yeni ümumi səfərbərlik elan edilmədiyini, eləcə də belə bir addımın planlaşdırılmadığını vurğulayırlar. 

Lakin proseslərin gedişi Rusiyanın yenidən ümumi səfərbərliyin yeni dalğasına başlaya biləcəyi ehtimalını gündəmdə saxlayır. Əgər bu ssenari reallaşarsa, Rusiyada səfərbərlikdən yayınanların kütləvi miqrasiyasının davam etməsi və hətta sürətlənməsi mümkündür. Lakin həmin axının əsas istiqamətlərindən birinin Azərbaycan olacağı o qədər də real görünmür.

Bunun əsas səbəblərindən biri Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyətidir. Bişkekdə iki prezident arasında baş tutan səmimi görüşə və aparılan müzakirələrə baxmayaraq, dövlətlərarası münasibətlərdə mövcud gərginlik hələ tam aradan qalxmayıb. Azərbaycanda Rusiya vətəndaşları ilə bağlı məhkəmə prosesi davam edir. 

Eyni zamanda, Rusiyada Azərbaycan diasporunun üzvlərinin həbsi və təqib olunması ilə bağlı xəbərlər də səngiməyib. Belə bir şəraitdə səfərbərlikdən yayınan şəxslərin ümumi axınının Azərbaycana yönəlməsi o qədər də inandırıcı görünmür. 

Ən yaxşı halda, Rusiya vətəndaşları arasında əslən Azərbaycandan olan, yəni etnik azərbaycanlı müəyyən şəxslərin ölkəmizə gəlməsi mümkündür. Lakin ümumilikdə etnik rusların və Rusiya vətəndaşlarının səfərbərlikdən yayınmaq məqsədilə Azərbaycana kütləvi şəkildə axın etməsi hazırkı şəraitdə o qədər də real görünmür".

Pərvin Şakirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Sentyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri