Icma.az
close
up
RU
Rusiyadakı azərbaycanlıların diqqətinə!: Yeni sərt qaydalar tətbiq EDİLİR

Rusiyadakı azərbaycanlıların diqqətinə!: Yeni sərt qaydalar tətbiq EDİLİR

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aprelin 1-dən etibarən Rusiyada miqrant uşaqlarının məktəbə qəbulu ilə bağlı sərt qaydalar qüvvəyə minib.

Redaktor.az-ın məlumatına görə, Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin təşəbbüsü ilə qəbul edilən bu qanuna əsasən, əcnəbi uşaqlar məktəbə qəbul olunmaq üçün rus dili testindən 90% nəticə toplamalıdırlar.

İlk olaraq Rusiya Təhsil Nəzarəti Xidməti (Rособрнадзор) bu tələbin 30% səviyyəsində olmasını təklif etsə də, deputatlar bunu rədd edərək tələbləri daha da sərtləşdiriblər.

Nəticədə, indi əcnəbi uşaqlar aşağıdakı şərtləri yerinə yetirməlidirlər:

1-ci sinif – 10 sualdan 9-na doğru cavab verməlidir.

2–5-ci siniflər – 20 sualdan 18-nə doğru cavab verməlidir.

6–9-cu siniflər – 22 sualdan 20-nə doğru cavab verməlidir.

10–11-ci siniflər – 24 sualdan 22-nə doğru cavab verməlidir.

Təhsil Nazirliyinin əmrinə əsasən, testlər həm yazılı, həm də şifahi hissədən ibarət olacaq və prosedur audio və video yazılarla qeydə alınacaq. Əgər uşaq testi verə bilməsə, ona üç aydan sonra yenidən cəhd etmək şansı veriləcək. Bu müddət ərzində onun rus dili biliklərini inkişaf etdirmək üçün təhsil alması tələb olunur, lakin bu kursların kim tərəfindən təşkil ediləcəyi hələ də məlum deyil.

Rusiya Prezidenti Vladimir Putin miqrasiya məsələlərinin idarə olunmasını gücləndirmək üçün Daxili İşlər Nazirliyinin tərkibində yeni bir xidmət – Vətəndaşlıq və Xarici Vətəndaşların Qeydiyyatı üzrə Xidmət yaradıb. Yeni xidmətin əsas vəzifələri arasında miqrant axınını tənzimləmək və onların qeydiyyatını daha ciddi nəzarətə götürmək var.

Bu xidmətin rəhbəri vəzifəsinə Rusiya Baş Prokurorluğunun keçmiş müavini Andrey Kikot təyin olunub. Kikot 2021-ci ildə Forbes jurnalının “Rusiyanın ən varlı güc strukturları rəhbərləri” siyahısında yer alıb. Həmin il onun ailəsinin rəsmi gəliri 37,7 milyon rubl təşkil edib, həyat yoldaşı isə 30,7 milyon rubl qazancını bəyan edib. Kikot əvvəllər Baş Prokurorluqda yüksək vəzifələrdə çalışıb və hüquq-mühafizə sistemində böyük təsirə malikdir.

Bu yeni qurumun yaradılması Rusiyada miqrantlar üzərində nəzarətin daha da güclənəcəyindən xəbər verir. Əcnəbi vətəndaşların qeydiyyat, yaşayış icazəsi və vətəndaşlıq məsələlərinin tənzimlənməsi bundan sonra daha sərt qaydalarla həyata keçiriləcək.

Rusiyada 600 mindən çox Azərbaycan vətəndaşı yaşayır, üstəlik 1.5 milyona yaxın etnik azərbaycanlı da bu ölkədə daimi məskunlaşıb. Yeni qanun, xüsusilə rus dili biliyi zəif olan, Rusiyaya yeni köçən ailələrin uşaqları üçün ciddi çətinliklər yaradacaq. Əgər valideynlər övladlarını bu tələblərə uyğun şəkildə hazırlaya bilməsələr, onların məktəb təhsili təhlükə altına düşə bilər.

Eyni zamanda, yeni miqrasiya xidməti azərbaycanlıların Rusiyada qeydiyyatı, icazələri və vətəndaşlıq məsələlərini daha da çətinləşdirə bilər. Bu, həm biznes fəaliyyətinə, həm də orada yaşayan azərbaycanlı icmasına təsir edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Aprel 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri