“Rusiyadakı Şimali Koreya raketləri legitim hədəf olacaq” Sibiqa
Icma.az, 525.az saytına istinadən bildirir.
"Əgər Rusiya Şimali Koreyanın raket komplekslərini Ukraynaya zərbə endirmək üçün öz ərazisində yerləşdirərsə, onlar ordumuzun qanuni hərbi hədəfinə çevriləcək”.
525.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andriy Sibiqa Latviyanın xarici işlər naziri Bayba Braje ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Əvvəla, bu qurğular yerləşdirilərsə, məhv edilməlidir. Onlar dərhal qanuni hərbi hədəfə çevrilir və buna görə də hərbçilərimiz müvafiq reaksiya verəcəklər”, - nazir bildirib.
Onun sözlərinə görə, Ukrayna Moskva ilə Pxenyan arasında qarşılıqlı əlaqədən və onun güclənməsindən xəbərdardır:
"Bu, narahatlıq doğurmaya bilməz, çünki Hind-Sakit Okean regionu üçün də risk və təhdidlər yaradır".
Xarici işlər naziri həmçinin qeyd edib ki, Rusiya ilə Şimali Koreya arasında qarşılıqlı əlaqə onlar üçün təhlükəsizlik riskləri yaratdığı üçün Ukrayna Yaponiya və Cənubi Koreya kimi müttəfiqləri ilə əlaqə saxlayır.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 05 Avqust 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















