Icma.az
close
up
RU
Rusiyadan açıq MÜHARİBƏ MESAJI 34 ildən sonra yenidən başlayır…

Rusiyadan açıq MÜHARİBƏ MESAJI 34 ildən sonra yenidən başlayır…

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar Rusiyanın Moldovaya qarşı qarşı aqressiv ritorikası daha da sərtləşib.
Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moldovanı Dnestryanıda Rusiya vətəndaşlarına qarşı hər hansı bir "təcavüzə" cavab verəcəyi ilə hədələyib.
O, brifinqdə bildirib ki, “Dnestryanıda yaşayan həmvətənlərimizə qarşı hər hansı bir təcavüzə dərhal və adekvat cavab veriləcək".
O, həmçinin Moskvanın bölgə sakinlərinin təhlükəsizliyini təmin etmək üçün "bütün zəruri vasitələrdən" istifadə etməyə hazır olduğunu qeyd etməyi də unutmayıb.
Qeyd edək ki, bu təhdidlər Rusiya Prezidenti Vladimir Putinin Dnestryanı sakinlərinə sadələşdirilmiş prosedur vasitəsilə Rusiya pasportları almağa icazə verən 15 may tarixli fərmanından yaranıb.
 

Moldova Prezidenti Maya Sandu cavab olaraq iddia edib ki, Kreml tanınmamış respublikanın əhalisini Ukraynaya qarşı müharibədə iştirak etmək üçün gizli şəkildə səfərbər etməyə çalışır və həmçinin Dnestryanını yenidən birləşdirmək planları ilə bağlı Kişinyova təzyiq göstərir.


Görünən odur ki, Rusiya rəsmi şəkildə Moldovaya müharibə xəbərdarlığı edərək, Kişinyovun Dnestryanıya müdaxiləsinə sərt cavab veriləcəyilə hədələyir.
Rusiya buna gedəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Rusiyada müəyyən qüvvələr Moldovanın sərt cəzalandırılmasında maraqlıdır:
“Yeni dövrün özünəməxsus tələbləri var. Artıq dünya səhnəsində yeni trendlər yer alır. Qarşıdurmanı əvəzləyəcək bir format varsa, o da əlaqələrin genişlənməsi, qarşılıqlı maraqların təmin edilməsidir. Köhnə arxaik modeldə münaqişəli vəziyyətin elementləri dövriyyəyə buraxılıb, proses onlarla idarə edilirdi. Amma bu artıq tələblərə cavab verən yanaşma deyil. Onlar Azərbaycan təcrübəsindən istifadə etmək istəyirlərsə, güc toplayıb  prosesləri düzgün məcrada təmin etməlidirlər”.
Ekspertin sözlərinə görə, Dnestryanı bölgə ilə bağlı kompromislər, ümumi nöqtələrin tapılması üçün hələ də şərait var:
“Hətta iki tərəf arasında gediş-gəliş də var. Hətta Tiraspolun futbol klubu Moldova birinciliyində çıxış edir. Bunlar isə ondan xəbər verir ki,  insanlar, ictimai qüvvələr arasında təmaslar mövcuddur. Tələb olunan sadəcə rəsmi diplomatiyanın problemlərə sağlam mövqedən yanaşması və onun çözümünə nail olmasıdır. Təxribatlardan istifadə edən qüvvə isə çalışır qan tökülsün.
 

Rəsmi Moskva artıq Moldovaya xəbərdarlıq edibsə, Rusiyada bəzi qüvvələr çalışacaqlar ki, məsələ kritik tərzdə həll edilsin. Bunun olmaması üçün də Moldova diplomatiyası önləyici tədbirlərə əl atmalı, çalışmalıdır ki, problem daha da kəskinləşməsin. Buna imkanlar var”.


Qeyd edək ki,. Dnestryanı müharibəsi 1992-ci ildə Moldova ilə ölkənin şərqində yerləşən separatçı Dnestryanı bölgəsi arasında baş verib. SSRİ-nin dağılmasından sonra bölgədə yaşayan rusdilli əhali Moldovadan ayrılaraq “Pridnestroviya Moldav Respublikası” adlı tanınmamış qurum yaratdığını elan etmişdi. Silahlı qarşıdurma zamanı Rusiya ordusunun 14-cü Ordusu separatçılara dəstək verdi. Müharibə atəşkəslə başa çatsa da, Dnestryanı bu günə qədər Moldovanın nəzarətindən kənarda qalır və bölgəyə Rusiya hərbçiləri nəzarət edir.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 May 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri