Buna görə Si Cinpin və Putinə təzyiq göstərəcəm Tramp
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında davam edən müharibədə hər ay on minlərlə insanın həyatını itirdiyini deyib və buna son qoymağa yaxın olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə Filippinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Rusiya-Ukrayna müharibəsində hər ay 25 min insan həyatını itirir. Bunu təsəvvür edə bilirsiniz? Ötən ay bu rəqəm 32 min idi. Lakin biz buna son qoymağa yaxınlaşırıq”, – Tramp qeyd edib.
Tramp jurnalistlərin Putinlə ayrıca ikitərəfli görüş keçirib-keçirməyəcəyi barədə sualını da cavablandırıb. “Əgər belə bir imkan yaranarsa, bunu edərəm”, – deyə ABŞ Prezidenti bildirib.
Eyni zamanda, o qeyd edib ki, Ukraynadakı müharibəyə son qoymaq üçün Si Cinpin və Putinə təzyiq göstərəcək.
Tramp İranla bağlı da danışıb.
“Biz İran məsələsinə çox ciddi yanaşırıq, buna görə də onlar nüvə silahına sahib ola bilməyəcəklər”, - ABŞ Prezidenti əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 17 Noyabr 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















